Albaniya Prezidenti: Bu Forum həm təcrübəmizi, həm də narahatlığımızı bölüşmək üçün yaxşı fürsətdir
Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Bakı Qlobal Forumu mühüm məsələlər haqqında müzakirələr aparmaq üçün çox yaxşı fürsətdir.
AZƏRTAC xəbər verir ki, bu fikri Albaniya Respublikasının Prezidenti Bayram Beqay XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
“Düşünürəm ki, dünyanın narahat olduğunu, o qədər çox mənfi hadisələrin olduğunu nəzərə alsaq, bütün bu çağırışları öz imkanlarımıza çevirmək üçün real imkanları müzakirə edə bilərik. Burada ən vacib məqamlardan biri hər bir təmsilçinin öz ölkəsində rastlaşdığı problemlərdən danışmasıdır. Bu problemlər barədə fikirlərimi əvvəlcə Prezident İlham Əliyevlə, eyni zamanda, bir sıra Forum iştirakçıları ilə bölüşmək istədim. Bu Forum həm təcrübələrimizi, həm də narahatlıqlarımızı bölüşmək üçün yaxşı fürsətdir”, - deyə Albaniya Prezidenti vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 13 Mart 2025 13:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















