Icma.az
close
up
RU
“Albert Aqarunov” təqaüdü: Təhsilə töhfə, qəhrəmanlara ehtiram!

“Albert Aqarunov” təqaüdü: Təhsilə töhfə, qəhrəmanlara ehtiram!

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

27 fevral 2025-ci il tarixində Azərbaycan Dillər Universitetində İsrail və Yaxın Şərq Araşdırmalar Mərkəzinin və Şərq ölkələri üzrə Regionşünaslıq kafedrasının birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı “Albert Aqarunov” adına təqaüdün verilməsi ilə bağlı tədbir baş tutub. “Azərbaycan Dağ Yəhudiləri” Dini İcmasının sədri Milix Yevdayevin təşəbbüsü ilə ayrılan təqaüd akademik göstəriciləri yüksək olan və ictimai işlərdə fəal iştirak edən iki tələbəyə təqdim olunub. Tədbirdə ADU-nun rektoru, akademik Kamal Abdulla, “Azərbaycan Dağ Yəhudiləri” Dini İcmasının sədri Milix Yevdayev, ravvin Abraham və tələbələr iştirak ediblər.

“Albert Aqarunov” adına təqaüdün təsis edilməsi, bununla bağlı Azərbaycan Dillər Universitetində keçirilən tədbir və əsası qoyulan ənənə həm təhsilimizin inkişafı, həm qəhrəmanlarımıza ehtiram, həm də vətənpərvərlik tərbiyəsi baxımından mühüm əhəmiyyətə malikdir. Bu, hər şeydən öncə akademik nəticələri yüksək olan, universitetin ictimai həyatında yaxından iştirak edən mütaliəli, təşəbbüskar gəncliyi dəstəkləmək, onların təhsil şəraiti və  sosial rifahının yaxşılaşdırılmasına dəstək baxımından təqdirəlayiqdir. Məlum yenilik digər gəncləri təhsilə təşviq etmək baxımından da son dərəcə əhəmiyyətlidir.

“Albert Aqarunov” adına təqaüdün təsis edilməsinin daha bir önəmi, bu addımın qəhrəmanlarımıza ehtiram, onların xatirəsiə hörmət baxımından müstəsna önəm daşımasıdır.  

Heç kimə sirr deyil ki, qəhrəmanlarımızın adı ilə bağlı hər bir müsbət yenilik, hər bir yeni layihə onların kimliyi, qəhrəmanlığı, vətənimizin müdafiəsindəki rolu ilə bağlı ictimai şüura ötürülən yeni bir mesaj, yeni bir impulsdur. Hansı ki, ictimai-mənəvi əhəmiyyətli bu mesaj cəmiyyətin, xüsusilə də gənc nəslin qəhrəmanlarımızı daha yaxından tanıması, onların həyat və döyüş yoluna daha yaxından nəzər salması və milli tariximizə, hərb tariximizə daha dərindən bələd olması baxımından həyati əhəmiyyətə malikdir.

Azərbaycan Respublikasının Milli Qəhrəmanı Albert Aqarunovla bağlı təqaüdün təsis edilməsinin digər bir önəmi isə bu addımın gənc nəslin vətənpərvərlik tərbiyəsinə böyük töhfə verməsidir.

Xatırladaq ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev hər zaman gənclərin milli-mənəvi dəyərlərə bağlı şəkildə yetişdirilməsinin önəmindən danışıb, bu faktorun xalqımızın bugünü və gələcəyi baxımından son dərəcə zəruri olduğunu vurğulayıb. Dövlət başçısı qeyd edib ki, 44 günlük Vətən müharibəsində ordumuzun erməni faşizminə qısa zamanda qalib gəlməsinin ən başlıca şərti ölkəmizdə vətənpərvər gəncliyin mövcudluğu ilə bağlı olub. “Albert Aqarunov” adına təqaüdün təsis edilməsi həm Azərbaycan Dillər Universitetinin, həm də “Azərbaycan Dağ Yəhudiləri” Dini İcmasının Prezidentin vətənpərvər gəncliyin yetişdirilməsi ilə bağlı tövsiyyəsini əməli fəaliyyətlərində rəhbər tutduğunu, bu tövsiyyənin reallaşması istiqamətində konkret addımlar atdığını göstərir.

İnanırıq ki, yaxın gələcəkdə digər Milli Qəhrəmanlarımızın adına da müxtəlif təqaüdlər, təltiflər təsis ediləcək və bu mükafatlar gələcək nəsillərin təhsilinə töhfə verməklə yanaşı, onların milli-mənəvi dəyərlərimizə bağlılığını da artıracaq, daha güclü, daha vətənpərvər gəncliyin formalaşmasında ciddi rol oynayacaq.

Seymur ƏLİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://moderator.az
archiveBu xəbər 28 Fevral 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see373

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see365

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see283

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see250

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see242

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see237

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see235

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see227

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see217

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see216

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see196

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see196

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see190

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see180

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see180

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see173

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see168

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri