Icma.az
close
up
RU
Bir Vətən, Bir Qəhrəman: Albert Aqarunov

Bir Vətən, Bir Qəhrəman: Albert Aqarunov

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Son günlər sosial şəbəkələrdə bəzi ideoloji mərkəzlər tərəfindən Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov haqqında əsassız iddialar, təhrif olunmuş məlumatlar və qarayaxma kampaniyaları aparılmağa çalışılır. Bu xəttin əsas məqsədi Azərbaycan cəmiyyətində milli birliyi zəiflətmək, Azərbaycan–yəhudi xalqı arasında mövcud qardaşlıq münasibətlərinə kölgə salmaq, ən əsası isə Azərbaycan–İsrail strateji dostluğunu hədəf almaq və Azərbaycanın multikultural modelini gözdən salmaqdır.
Hardan maliyyələşdirildiyi və yönləndirildiyi bilinən bu ideoloji mərkəzlər Azərbaycan cəmiyyətində parçalanma yaratmaq üçün dəfələrlə milli, dini və etnik məsələlərdən istifadə etməyə çalışmışdır. Lakin Azərbaycan xalqı hər zaman bu cəhdlərə qarşı birlik nümayiş etdirmişdir.
Albert Aqarunov Azərbaycan tarixində yalnız bir hərbçi deyil, həm də vətənpərvərliyin və vətənə sədaqətin simvoludur. O, yəhudi əsilli Azərbaycan vətəndaşı idi. Qarabağ müharibəsi başlayarkən rahat həyatını davam etdirmək, hətta xaricə getmək imkanı olduğu halda, könüllü olaraq Azərbaycan Ordusunun sıralarına qoşulmuşdur. 1992-ci ildə Şuşa uğrunda gedən ağır döyüşlər zamanı qəhrəmancasına vuruşaraq şəhid olan Albert Aqarunov öz igidliyi ilə həm döyüş yoldaşlarının, həm də düşmənin yaddaşında silinməz iz qoymuşdu. Onun tankı düşmən qüvvələrinə elə ciddi zərbələr vurmuşdu ki, erməni silahlı birləşmələri məhv edilmiş tankını Şuşa şəhərinin girişində nümayiş etdirməklə özlərinə təbliğat vasitəsi yaratmağa çalışmışdılar. Lakin bu addım əslində Albert Aqarunovun döyüş meydanında yaratdığı qorxunun və göstərdiyi şücaətin etirafı idi.
İkinci Vətən müharibəsində qəhrəman Azərbaycan Ordusu Şuşanı işğaldan azad edərkən, sanki Albert Aqarunovun da yarımçıq qalan arzusu gerçəkləşdi, ruhu hüzur tapdı. Şuşanın azadlığı uğrunda qazanılan Zəfər, bu torpaqlar uğrunda canından keçən bütün şəhidlər kimi, Albert Aqarunovun da müqəddəs xatirəsinə verilən ən böyük dəyər idi.
Bu faktlar və onun göstərdiyi misilsiz qəhrəmanlıq bu gün müxtəlif qarayaxma kampaniyaları aparanlara tutarlı cavabdır. Təəssüf ki, bəzi dairələr həqiqətləri qəbul etmək əvəzinə iftira və böhtan yolu ilə Azərbaycanın Milli Qəhrəmanının Vətən uğrunda tökülmüş qanını, göstərdiyi fədakarlığı kölgə altına salmağa çalışırlar. Lakin tarix saxtalaşdırmanı deyil, həqiqəti yaşadır və Albert Aqarunovun adı Azərbaycan xalqının yaddaşında qəhrəmanlıq nümunəsi kimi əbədi qalacaqdır.
Yəhudilər yüz illərdir Azərbaycan torpaqlarında sülh və qarşılıqlı hörmət şəraitində yaşayır, bu ölkəni öz doğma vətənləri hesab edirlər. Vətən dar günə düşəndə onun bütün övladları kimi Albert Aqarunov da sədaqətini sözlə deyil, döyüş meydanında sübut etdi. O, qanı, canı və qəhrəmanlığı ilə göstərdi ki, Azərbaycanı sevən hər kəs bu Vətənin ayrılmaz parçasıdır
Lakin Azərbaycan–yəhudi qardaşlığından, ölkəmizdə mövcud olan tolerant mühitdən və Azərbaycan–İsrail arasında formalaşmış strateji tərəfdaşlıqdan narahat olan bəzi dairələr bu kampaniyalarla həmin əlaqələrə kölgə salmağa çalışırlar.
Niyə məhz son günlərdə milli qəhrəmanımıza qarşı bu qarayaxma kampaniyaları təşkil olunur? Hardan yönləndirildiyi məlum olan bu kampaniyaların bir neçə məqsədi vardır.
Bunlardan birincisi, min illərdir Azərbaycanda sülh içində yaşayan Azərbaycan–yəhudi xalqı arasında mövcud dostluq və qardaşlıq münasibətlərinə zərər vurmaq, iki xalq arasında nifaq toxumu səpməkdir. Bu münasibətlər yüz illərlə davam edən birgə yaşayışa, qarşılıqlı etimada və dini tolerantlıq ənənəsinə əsaslanır.
Bu gün Azərbaycan yəhudiləri ölkənin ictimai həyatında, elm və təhsil sahəsində, iqtisadi inkişafında, hətta dövlət qurumlarında fəal iştirak edirlər. Albert Aqarunov isə bu tarixi əlaqənin ən güclü simvolik ifadəsidir. Bu cür kampaniyaların məqsədi Azərbaycan yəhudilərini ləkələmək, onları Azərbaycandan uzaqlaşdırmaq və iki xalq arasında formalaşmış dostluq və könül bağlarını zədələməkdir.
Bu gün Azərbaycan yəhudiləri Azərbaycan diasporasının aktiv və güclü həlqələrindən biridir. İsraildə, Amerikada və Rusiyada böyük Azərbaycan yəhudi diasporası mövcuddur və bu diaspora Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayır. Əslində bu cür cəhdlərin məqsədi iki xalq arasında münasibətləri pozmaqla ölkəmizin bu imkanlardan məhrum edilməsidir.
İkincisi, Azərbaycan–İsrail arasında formalaşmış strateji əlaqələrə kölgə salmaqdır. Məlum olduğu kimi, Azərbaycan–İsrail arasında hərbi, iqtisadi, siyasi, sosial, enerji və digər sahələrdə güclü əməkdaşlıq mövcuddur. İsrail dövləti İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana strateji silah və texnoloji dəstək göstərmiş, bu isə qəhrəman Azərbaycan Ordusunun qələbəsində mühüm rol oynamışdır.
İsrailin Ermənistanda səfirliyinin olmaması və bir çox beynəlxalq platformalarda Azərbaycanın mövqeyini dəstəkləməsi bu münasibətlərin bariz nümunəsidir. Bu əlaqələr bəzi regional və ideoloji dairələrdə narahatlıq doğurduğu üçün Azərbaycan–İsrail dostluğunun simvolik fiqurları hədəf seçilir. Albert Aqarunov bu simvolların ən güclülərindən biridir. Lakin Azərbaycan–İsrail münasibətləri daha dərin və stratejidir və bu cür kampaniyalar iki dövlət arasında mövcud əlaqələrə zərər verə bilməz.
Üçüncüsü, Azərbaycanın multikultural və tolerant dəyərlərinə hücumdur. Azərbaycan dünyada öz tolerant və humanist modeli ilə seçilir. Ölkədə müxtəlif xalqlar və dinlər qarşılıqlı harmoniya şəraitində yaşayır. Bu sabitlik və harmoniyadan narahat olan qüvvələr Azərbaycan dəyərlərinə zərbə vurmaq üçün müxtəlif vasitələrdən istifadə etməyə çalışırlar.
Dördüncüsü isə Azərbaycanın regionda və dünyada artan siyasi və iqtisadi nüfuzudur. Bu gün Azərbaycan dünyada sabitliyi və uğurlu siyasəti ilə seçilən ölkələrdən biridir. Ölkəmiz Zəngəzur dəhlizi ilə Qərblə Şərqi birləşdirməklə yanaşı regional bir oyunçuya çevrilmişdir. Azərbaycan nəinki Qafqazda, həmçinin Yaxın və Orta Şərqdə aktiv xarici siyasət apararaq regionda söz sahibi olmuşdur.
Terrorizm və ayrı-seçkiliyi vasitə kimi istifadə edən bəzi dairələr Azərbaycanın bu uğurlarını həzm edə bilmədikləri üçün onun milli və multikultural dəyərlərinə hücum edirlər.
Lakin bu cür kampaniyaların arxasında duran qüvvələrin unutduğu əsas məqam ondan ibarətdir ki, Albert Aqarunova qarşı aparılan qarayaxma cəhdləri nə onun qəhrəmanlığını azalda, nə də Azərbaycan xalqının ona olan sevgisini zəiflədə bilər.
Ortada dəyişməz bir həqiqət var: Albert Aqarunov Azərbaycan uğrunda döyüşüb və şəhid olub. Azərbaycan yəhudiləri bu ölkənin ayrılmaz vətəndaşlarıdır və tarixən burada təhlükəsiz şəkildə yaşayıblar və yaşayacaqlar,Azərbaycan–İsrail münasibətləri isə real, dərin və strateji xarakter daşıyır.
Sonda Albert Aqarunov başda olmaqla bütün şəhidlərimizin xatirəsi qarşısında baş əyirəm.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Murad Salmanov
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 İyun 2026 21:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1063

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see372

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see369

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see321

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see248

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see234

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see228

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see228

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see219

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see211

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see198

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see194

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see192

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see187

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see185

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see177

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see176

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see171

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri