Icma.az
close
up
RU
Menu

MDB Oyunlarının MƏKANLARI və TƏQVİMİ FOTO

Lənkəranda sahilboyu ərazilər tullantılardan təmizlənib

Nazir Vilayət Eyvazov Tovuzda vətəndaş qəbulu və sıra baxışı keçirəcək FOTO

Nazim Bəydəmirli səhətində problem yaranıb Ombudsmana MÜRACİƏT

İlham Əliyev Cao Lıci ilə görüşüb Müzakirə + FOTOLAR

Zəlzələ zamanı Boğazdakı aktivlik kameralara əks olunub

ABŞ a qarşı sanksiya planı: Avropa geri çəkilmir

Uzunömürlülük genləri: Kimlərin 100 yaşına qədər yaşamaq şansı var?

Avstraliyada helikopterlərdən açılan atəşlə 700 dən çox koala məhv edildi

Şərurda quyudan meyiti tapılan 75 yaşlı qadının qətlə yetirildiyi məlum olub, saxlanılan var FOTO YENİLƏNİB

Dayanıqlı İnkişaf Məqsədləri və problemlər

Makronun məxfi Azərbaycan planı Parisdə hazırlanan ssenaridə ŞOK DETAL

Bu vəzifə ondan MDB üzvlərinə münasibətdə balansı pozmamağı diktə edir

BDU da “Liderlik nədir? yeni nəsil yanaşma” mövzusunda tədbir keçirilib

Ağadadaş Salyanski “Neftçi”dən ayrılır yeni komandası bəlli oldu!

İstilik təchizatı sektorunda təhlükəsizliyə dair tələblər müəyyənləşir

Reşford Çempionlar Liqasında çıxış edən komandada oynamaq istəyir Aston Villa qərarsızdır

Astara Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var XİN RƏSMİSİ

Minsk dəmir yolu vağzalında robot aptek quraşdırılıb...

Bakıda “Almatı prosesi”nin III Nazirlər Konfransı keçirilir YENİLƏNİB

Aldadanlar və aldananlar...

Aldadanlar və aldananlar...

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

İnsan övladı var olandan aldatmaq kimi xisləti də var olub. Lakin bu xislət müasir dövrümüzdəki qədər heç vaxt inkişaf etməyib. Elə ki, smartfon telefonlar həyatımıza daxil oldu, bunun ardınca da gündə bir sosial şəbəkə istifadəyə verildi, bundan sonra insanların hər biri real həyatdan çox internet həyatında yaşamalı oldular.

Bu gün isə əksər insanın əsas yaşayış yeri deyərdik ki, elə sosial şəbəkələr, sosial mediadır. Xüsusilə gənclərimiz real həyatdan çox ikinci, yəni internet həyatında yaşayırlar. Araşdırmalar sübut edir ki, sosial şəbəkələrdə məskən salan insanların problemi real həyatda yaşayan insanlardan dəfələrlə artıqdır. Həmin problemlər isə bir, iki deyil, onlarladır.

Bu gün həmin problemlərin ən qorxuncundan, dəhşətlisindən danışmaq istəyirik. O problem ki, yaşlı kişi və qadınların gənc qız və oğlanları aldatmasıdır. Aldanan gənclərin sonrakı taleyi isə çox acınacaqlı olur. Bu barədə danışaq.

Aldadanlar

Aldatmaq dövrümüzün xarakterik xüsusiyyətinə çevrilib. Kim harada gəldi, aldatmaq, mənfəətlənmək istəyir. Bu, tək maddi tərəf olsaydı, dərd yarı olardı. Necə ki, deyirlər, gedən mal olsun, can sağ olsun. Maddi aldatmaqla insan düzdür, itirir. Məsələn, aldadanların bank kartlarından çəkdiyi pullarla, marketlərin yalan endirim kampaniyalarına başlayıb, lakin əslində köhnə qiymətdən də baha malını sırımaqla, ət satanın tərəzidə fırıldağı ilə, bazarda vicdanı olmayan satıcıların bütün məhsulları ətsatan kimi tərəzidən yüngül götürməsi ilə, onlayn alış-veriş zamanı pulunu ödəyib məhsulunu ala bilməyənlərin rastlaşdığı problem kimi yüzlərlə aldatma növü var müasir dövrümüzdə. Maddi aldatmalar haradasa unudula, itirilən pulların yeri dola bilər. Baş verən hadisələr yaddan çıxa bilər.

Lakin aldatmanın başqa bir növü də var, hansı ki, bu gün onun haqqında danışacağıq. Bu, mənəvi aldatmadır. Elə bir aldatma, yoldan çıxarmadır ki, burada aldananın itirdiyinin yeri heç vaxt dola bilmir. Bax elə buna görə də bu gün mənəvi aldatmalar barədə danışmaq, xüsusilə də gəncləri bu cür fırıldaqçıların toruna düşməməyə çağırmaq istəyirik.

Sosial həyatın real həyatımızı üstələdiyi bir vaxtda təbii ki, tanışlıqlar da çoxalır. Sosial şəbəkələr bu tanışlıqlara geniş yollar açır. Məsələn, İnstaqram, Tiktok bu sosial şəbəkələrin lap aktividir ki, burada tanışlıqlar daha çox olur.

Yaşlı kişi və qadınlar var ki, bu sosial şəbəkədə yalnız gəncləri yoldan çıxarmaq, onlara maddi nemətlər təklif etməklə istəklərinə nail olmağa çalışırlar. Bu səbəbdən də tanışlıqda diqqətli olmaq lazımdır. Qısa tanışlığın ardınca müxtəlif təkliflər gəlir ki, gənc oğlan və qızlar həyat təcrübəsinin az olması səbəbindən bu təkliflərlə razılaşmalı olur. Lakin bunun necə bitməsini ağlına belə gətirə bilmir.

Aldananlar

Sonu aldanan bir gəncə çevrilir bizim övladlarımız. Özündən 15-20, çox halda isə daha böyük yaşda olan insanların toruna düşür. Gənc qızlarımız onlara edilən təkliflər, marka mağazaların geyimləri, ətirləri, çanta-ayaqqabıları ilə aldadılır. Gənc oğlanlar maşın, geyim, bahalı zinət əşyaları ilə yoldan çıxarılır.

Gənc qızlar ailə qurmalı, ev, övladı sahibi olmalı halda, sosial şəbəkələrdəki bu insan canavarlarının tələsinə düşür.

Gənc oğlanlar qızlar kimi ailə başçısına çevrilməli, bir iş ardınca gedib, halal qazanc əldə etməli olduğu halda, sosial şəbəkələrdə özündən dəfələrlə yaşlı qadınların toruna düşür.

Onlayn söhbətlər, qarşı tərəfin istədiyi mövzularda danışmaq qarşılığında pul təklifləri alan gənc oğlan və qızlar əksər vaxtda real həyatda da onların tələsinin ovu olurlar. Hansısa bir marka paltar geyinmək, ayaqqabı, çanta almaq, maşınlı olmaq xətrinə özünü qurban edən gənc qız və oğlanlar aldanırlar. Lakin aldandıqlarının fərqinə vara bilmirlər. Çünki bunun nəticələrini görə bilmirlər.

Tək sosial şəbəkələrmi?

Xeyr, real həyatımızda da belə aldatmalar saysızdır. Gənc oğlan və qızları düz yolundan sapdırmaq istəyən onlarla insan var. İstər kişi, istər qadın olsun, belələri gənclərin yaşının az olmasından və təcrübəsizliyindən istifadə edib onları düz yolundan azdırır və öz mənafeyi üçün istifadə edir.

Yolda, ictimai nəqliyyatda, parkda, restoran-kafedə təsadüfi tanışlıqlar əksər halda bu cür iyrənc münasibətlərin başlanğıcı olur. Maraqlı tərəf isə budur ki, bu tanışlıqlar çox vaxt iki tərəfin deyil, üçüncü tərəfin də iştirak etdiyi hekayəyə çevrilir. Buradan isə belə nəticə çıxarmaq olur ki, həm sosial şəbəkələrdə, həm də real həyatda özündən başqa, digərlərinə çalışan canavarlar da var. Bu canavarların rastına çıxan təcrübəsiz, hələ özünü müdafiə etməyi bacarmayan gənc oğlan və qız isə onun hiyləsindən, ətini-qanını son damlayadək yeyib-içmədən əl çəkməyəcəyindən xəbərsizdir. Elə buna görə də tora düşür və nə vaxtsa bu tordan qurtula bilərsə də, bir ömür əzab çəkir.

Aldanan yalnız gənclər deyil

Bəli, aldananlar tək gənclər deyil. Əynindən-başından, uşağının boğazından kəsib hərə bir telefon alıb qoyub cibinə. İçini də doldurub sosial şəbəkələrlə. Həyatdan əlini üzüb, ikinci həyata baş vuran ailəli, orta yaşlı insanlar da var ki, gün boyu saatlarla qalır bu sosial şəbəkələrdə. Sosial şəbəkələr də dediyimiz kimi, doludur fır-fırıldaq adamlarla. Yəni onlar aldatmağa adam axtarır. Bu avamlar da olur onların hərifi.

Hərifləyirlər, gənc, gözəl qadınlara sevgi dastanı söyləyir, iş axtaran qadınlara guya köməklik göstərmək istəyirlər. Saxta profillərlə qadınlarla elə şirin, inandırıcı danışırlar ki, bu yazıqlar da inanmış olur. Fakt var ki, onlardan hələ rayonlardan durub Bakıya gələnlər də var. Bu fırıldaqçıların şirin dilinə aldanıb iş üçün kilometrlərlə yol qət edib gəlib burada iş əvəzinə başqa təkliflərlə qarşılaşanlar da var.

Sosial şəbəkələrdə təsadüfi tanışlıqdan sonra aşiq olanlar da olur. Buna görə ailəsini atıb Bakıya gələnlər də var. Nədir, nədir ki, filankəsə aşıq olub. Hələ uşaqlarını atanlar da onların içərisində var. Gəlir, lakin az sonra nə qədər səhv etdiyini anlayır. Evinə, ailəsinin yanına qayıtması isə artıq mümkün olmur. Belə olan təqdirdə isə düşdüyü səhv yolun acılarını yaşamağa başlayır və artıq insani hissləri bir kənara qoyub, vəhşi hisslərlə ömrünə davam edir.

Nəticə

Nəticə aldadanlar üçün eyni olmasa da, aldananların hər biri üçün eyniyyət təşkil edir. Çünki bu yol doğru yol deyil. Sonu olmayan kədərli bir yoldur.

Çox təəssüf kimi bu kimi hallar gündən-günə çoxalır: həm aldadanların, həm aldananların sayı artır. Elə buna görə də narahatlıq keçirib bu mövzuya toxunduq. Bəlkə kimisə maariflənməsində bir zərrə köməyimiz olar deyə.

Nə deyək sənə, internet əsri. Səni parça-parça olub yerə töküləsən deyək, bir günün güdazına gedəsən deyək, nə deyək ki, ürəyimizdən tikan çıxmış olsun.

Müsəlmanlıqdan, namusundan, arından keçən işbazlara nə deyək? Allah sizin cəzanızı versin, deyək. Bu avamları onsuz da Allah yazıq yaradıb da. Nə üçün onlardan istifadə edirsiniz? Təcrübəsiz gəncləri nə üçün yoldan çıxarırsınız?

Yaxşı, siz dindən-mənsəbdən uzaqlaşmısınız, deyək ki. Bəs bu yazıqlarla nə üçün divan edirsiniz? Nədir məqsədiniz? Axı sizin də ana-bacınız olmamış deyil. Belə isə bu hərəkətlərə başlayarkən heç onları da göz önünə gətirmirsiniz?

Bəli, biz çox deyirik, görünür ki, dinləyən azdır. Deyəndə ki, bu sosial şəbəkələr sosial bəladır, bizi qınayanlar olur. Bu sosial şəbəkələr neçə-neçə ailə dağıdıb, neçə-neçə sevgilini bir-birindən ayırıb, neçə-neçə nişanı geri qaytarıb, neçə-neçə gəncin həyatını öz məhvərindən çıxarıb, ayrı bir istiqamətə aparıb.

Söhbəti bütün çılpaqlığı ilə edə bilmirik. Çünki bu aldatmalar və aldanmalar mövzu etibarilə utandırıcıdır. Hər bir valideyni övladları ilə bu barədə yorulmadan söhbət etməyə çağırırıq. Bu qədər hadisə fonunda aid qurumlarının fəaliyyətinin çox zəif olduğu açıq-aydın görünür. Gənclərlə iş aparmaq lazımdır. Aid qurumlar fəaliyyətə başlamalı, gəncləri, qadın və kişiləri gözləyən təhlükədən xəbərdar etməlidir.

Sosial şəbəkələrin real həyat olmadığını, burada yalanların doğrulardan daha çox olduğunu anlamaq, gələcəyi buğunun iyrəncliyinə qurban verməmək üçün ayıq-sayıq olmaq lazımdır. Unutmayaq ki, mənəvi olaraq aldanmaq maddi aldanmağa bənzəmir. Bu aldanmaq növü bizdən həyatımızı oğurlayır. Biz isə ömrümüzün sonunadək onu axtarır, lakin tapa bilmirik.

Həyatımızı itirməmək, dünya malına, yalan, şirnikdirici vədlərə qurban verməmək üçün aldanmayaq. Aldadanların hisslərinin yalnız müvəqqəti olduğunu anlayaq. Tora düşməyək, çünki oradan çıxmaq bəzən mümkün olmur. Çıxmaq mümkün olanda isə artıq mənəviyyatdan əsər-əlamət qalmır...

Mətanət Məmmədova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 Mart 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MDB Oyunlarının MƏKANLARI və TƏQVİMİ FOTO

23 Aprel 2025 12:07see172

Lənkəranda sahilboyu ərazilər tullantılardan təmizlənib

23 Aprel 2025 14:44see126

Nazir Vilayət Eyvazov Tovuzda vətəndaş qəbulu və sıra baxışı keçirəcək FOTO

23 Aprel 2025 10:53see125

Nazim Bəydəmirli səhətində problem yaranıb Ombudsmana MÜRACİƏT

24 Aprel 2025 15:01see124

İlham Əliyev Cao Lıci ilə görüşüb Müzakirə + FOTOLAR

23 Aprel 2025 18:43see124

Zəlzələ zamanı Boğazdakı aktivlik kameralara əks olunub

23 Aprel 2025 23:53see118

ABŞ a qarşı sanksiya planı: Avropa geri çəkilmir

23 Aprel 2025 22:22see118

Uzunömürlülük genləri: Kimlərin 100 yaşına qədər yaşamaq şansı var?

24 Aprel 2025 05:19see117

Avstraliyada helikopterlərdən açılan atəşlə 700 dən çox koala məhv edildi

23 Aprel 2025 21:45see117

Şərurda quyudan meyiti tapılan 75 yaşlı qadının qətlə yetirildiyi məlum olub, saxlanılan var FOTO YENİLƏNİB

23 Aprel 2025 10:51see117

Dayanıqlı İnkişaf Məqsədləri və problemlər

23 Aprel 2025 23:30see116

Makronun məxfi Azərbaycan planı Parisdə hazırlanan ssenaridə ŞOK DETAL

23 Aprel 2025 07:04see116

Bu vəzifə ondan MDB üzvlərinə münasibətdə balansı pozmamağı diktə edir

23 Aprel 2025 20:43see115

BDU da “Liderlik nədir? yeni nəsil yanaşma” mövzusunda tədbir keçirilib

24 Aprel 2025 18:14see115

Ağadadaş Salyanski “Neftçi”dən ayrılır yeni komandası bəlli oldu!

24 Aprel 2025 01:04see115

İstilik təchizatı sektorunda təhlükəsizliyə dair tələblər müəyyənləşir

23 Aprel 2025 14:05see115

Reşford Çempionlar Liqasında çıxış edən komandada oynamaq istəyir Aston Villa qərarsızdır

23 Aprel 2025 23:49see115

Astara Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var XİN RƏSMİSİ

24 Aprel 2025 11:19see113

Minsk dəmir yolu vağzalında robot aptek quraşdırılıb...

23 Aprel 2025 21:55see113

Bakıda “Almatı prosesi”nin III Nazirlər Konfransı keçirilir YENİLƏNİB

24 Aprel 2025 14:57see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri