Icma.az
close
up
RU
Aldadanlar və aldananlar: Falçılara kimlər gedir?

Aldadanlar və aldananlar: Falçılara kimlər gedir?

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda baxıcı kimi fəaliyyət göstərən 53 yaşlı qadın məhkəmə zalında həbs edilib.

O, iki nəfərə qarşı külli miqdarda dələduzluq etməkdə təqsirli bilinib. Zərərçəkmişlərdən biri Ukrayna vətəndaşıdır. Nərgiz Soltanova külli miqdarda dələduzluqda ittiham olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb. 

İttihama görə, Nərgiz Soltanova taksi sürücüsü vasitəsilə tanış olduğu Nigar adlı qadından “kəfən dönməsi” ritualı etmək adı ilə pul alıb. Belə ki, Nigar adlı xanıma öləcəyi barədə cadu edildiyini deyib və bu cadunu pozacağını bildirib. Bu vədlərlə ondan 21 min manat pul alıb. İkinci ittihama görə isə Nərgiz Soltanova Viktoriya adlı qadından 53 min manat pul alıb.Bu məbləğin qarşılığında isə onun və ailə üzvlərinin müharibə təhlükəsindən qorunmaları üçün rituallar edəcəyini deyib. 

Həmin məbləği hissə-hissə olmaqla öz kartına köçürülməsinə nail olub, bir hissəsini isə nağd şəkildə Bakıda alıb. Nərgiz Soltanova ifadəsində özünü təqsirli bilməyib. Məhkəmənin hökmü ilə Nərgiz Soltanova 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib.Qeyd edək ki, baş verən proses heç də yeganə hadisə deyil. Çünki indi də ölkədə "baxıcı", "fala baxan", "görücü" kimi adlarla fəaliyyət göstərən şəxslər var. 

Hətta onların bir qismi öz "məşhurluğu" ilə də seçilir. Məsələn, filan rayonda "baxıcı" filankəs var deyib, bəzi insanlar son ümid yeri kmi onlara müraciət edirlər. Onlar isə insanların bu inamından istifadə edərək külli miqdarda pul qazanırlar.

Ümumiyyətlə, falçıya müraciət edənlər indi də var. Bu nə dərəcədə doğrudur, onların söylədikləri doğru ola bilərmi, yoxsa bu insanlara psixoloji təsirin nəticəsidir?

Məsələ ilə bağlı ilahiyyatçı Tural İrfan "Cebheinfo.az"-a bildirib ki, səmavi dinlərə görə falçılıq, kahinlik və sehrbazlıq qadağan və böyük günah sayılır:

"İslam dinində bu daha da təkidlə əmr edilib. Əgər falçı və ya kahin doğru məlumat vermiş olsa idi, o zaman Qarabağın nə zaman qaytarılacağını, yaxud da Zəngəzur dəhlizinin nə vaxt açılcağını xəbər verərdi.

Cadu çıxaranlar ermənilərin basırdığı minaların yerini tapardı, hökumət də bu işə milyonlarla vəsait xərcləməzdi. Demək falçıların, sehrbazların, cadugərlərin əməlləri ya yalan, uydurma ya da psixoloji təsir vasitəsi ilədir.

Elm, reallıq tamamilə falçılığın əleyhinədir. Təəssüf olsun ki, ölkəmizdə İran təbliğat maşını din adı ilə xurafatçılığı uzun illər yaymağına görə falçılıq bu gün davam edir.

Onların doğru olan fikirləri nisbi deyilmiş sözlərdir. Tutaq ki, bir şəxsə gələcəyi ilə bağlı yüz söz deyirlər. Axırda onun 20 faizi də düz çıxsa, adam inanır ki, sanki falçı nəsə bilirmiş.

Müəyyən elmi ehtimallar, proqnozlar verilə bilər, amma bu da falçılar tərəfindən yox, mütəxəssislər tərəfindən. Falçı hansısa alətlə gələcəyə dair ehtimallar səsləndirir. Məhz Quranda fal oxları, kahinlik, qeybdən xəbər vermək və sair işlər yasaqlanıb.

Günahın çoxu falçıdan əlavə, onların yanına gedənlərdədir. Dələduzlar bütün sahələrdə var. Bu yöndə də kütlə asanlıqla fala inanır deyə, həmin sahədə aldatmağa daha çox meyil edirlər. Hələ biri özünü 12-ci imam elan edərək əhalinin külli miqdarda pulunu mənimsəmişdi.

Demək adamlar inanır ki, belə bir İmam gələcək və hamının pulunu xüms, zəkat adı ilə alacaq. Ona görə də eşidən kimi aparıb həmin şəxsə pullarını vermişdilər. Bunun hamısı fars şüubiyyəsinin təbliğat metodu və ideologiyasının din pərdəsi altında vaxtilə ölkəmizdə yaratdığı xurafatlardır.

Fala və kahinlərə inamı öncə din xadimləri sındırmalı, əhalini falçıya deyil, elmə, tibbə təşviq etməlidirlər. Falçı sadəcə kiməsə ya müvəqqəti təskinlik verə, ya da qorxudub təsir altına sala bilər. 

Taleyi yazan Allahdır. Heç bir falçı insanın gələcəyini təyin edə, ona bu işdə yardımçı ola bilməz. Onlara inananlar da onlar qədər günahkar və sadəlövhdürlər".

Psixologiya üzrə fəlsəfə doktoru Fatimə Bayramova isə bildirdi ki, ümumiyyətlə elmə məlum olmayan çox halların şahidi oluruq:

"Biz konkret nəyisə təkzib və ya təsdiq etmə hüququnda deyilik. Hələ insan psixikasından, düşüncəsindən danışırıqsa, tamamilə konkret nələrisə deyə bilmərik. 

Lakin falçıya, baxıcıya üz tutan insanlar çox zaman bu vəziyyəti ya vərdiş halına çevirmiş olur, ya da çox çarəsiz və ümidsiz halda olur.Ümidsiz və çarəsiz halda olan insanlar sanki falçıdan möcüzə gözləyir.Həmin an onlara sadəcə psixoloji dəstək, gələcəyə ümid verəcək elementar sözlər belə, bəs edər.

Elə hallar da olur ki, artıq ətrafındakı bütün insanlar daim falçıya müraciət edir deyə onlarda üz tutur. Psixologiyada heç bir elmi sübutu olmayan daim ekstrasenslərə, falçılara üz tutan insanlara maqifreniya fenomeni deyilir.

Daha çox təşviş pozuntusu və OKP (Obsessiv Kompulsiv Pozuntu) diaqnozlu insanlarda rast gəlinir. Səbəb kimi, sosial dəyişikliyin yaratdığı stress, gərginlik, iqtisadi, maddi durum, həyatın mənasını itirilməsi və s. hallarda yaranır.

Bu cür hallarında insan psixikasında səviyyələri vardır, insanlar bəzən əyləncə xarakterli falçıya üz tuta bilərlər, lakin asılılıq yaranıbsa, həyat fəaliyyətlərini dəyişmə ehtimalı yüksəkdir.

Yaxınları dərhal diaqnoz üçün ilk öncə psixiatra, sonra psixoloqa yönəltməlidir. Çünki burada real həyatdan ayrılma kimi hallar yaşanar, artıq diaqnoz nəticəsində müalicə lazımdır".

Nigar Abdullayeva
"Cebheinfo.az"

Açar sözlər: Falçılar aldadan aldanan

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:268
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 İyun 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see354

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see286

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see273

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see272

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see270

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see261

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see259

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see258

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see256

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see252

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see238

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see236

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see231

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see228

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see227

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see225

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see206

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see202

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see202

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri