Icma.az
close
up
RU
Aldadılmağıma icazə verdim Günter Qrass özünü nə üçün bağışlamırdı?

Aldadılmağıma icazə verdim Günter Qrass özünü nə üçün bağışlamırdı?

Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün alman yazıçı Günter Qrassın anım günüdür.
Kulis.az bu münasibətlə Orxan Həsəninin "Günterin "günah"ı" yazısını təqdim edir.

Günter Grass alman ədəbiyyatının ən böyük yazıçılarından biridir.

Almaniyanın qaranlıq tarixini öz canında hiss eləyən yazıçı həyatı boyu nə öz ölkəsini, nə öz keçmişini, nə də özünü əfv etdi.

Bu mənada, yazmaq onun üçün hesablaşma idi. O, XX əsrin ən ağır suallarını soruşmaqdan çəkinmirdi.
Günah kimindir?

Qurban kimdir?

Baş verənləri unutmaq olarmı?
1927-ci ilin payızında Dantsiqdə, yəni bugünkü Qdanskda dünyaya gələn Qrass hələ uşaq yaşlarında müharibənin səsini eşitmişdi.

Onun gəncliyi ideologiyaların insanları kor etdiyi bir dövrə təsadüf edirdi. Cəmi 17 yaşında “Hitler gəncliyi”nə, daha sonra isə "Vaffen SS"ə qoşulmuşdu.

Gənc Günter illər sonra bunu “aldadılmağıma icazə verdim” sözləri ilə etiraf edəcəkdi.
Bu cümlə onun bütün yaradıcılığının mərkəzində dayanırdı.
Bəlkə də, baş verənlərdən sonra daşla insan arasında fərq görmədiyi üçün Qrass müharibədən sağ çıxandan sonra daş yonmağa başladı.

O, qəbir daşları düzəldir, heykəllər yonurdu.
Daha sonra heykəllər sözlərlə əvəzləndi.
Düsseldorf və Berlin İncəsənət Akademiyalarında oxudu, Parisdə yaşadı. Yazıçı öz səsini Parisdə tapdı.

“Tənəkə təbil” adlı romanı ilə 1959-cu ildə çap olundu və Qrass birdən-birə Alman ədəbiyyatının mərkəzi fiquruna çevrildi.
“Tənəkə təbil” böyümək istəməyən bir uşağın hekayəsidir. Oskar Matzerat adlı qəhrəman böyüklərin yalanlar, günahlar və aldanışlarla dolu dünyasına qoşulmaqdan imtina edir. O, böyüməmək qərarına gəlir.

Bu qərar bir növ Günter Qrassın öz gəncliyinə münasibətidir:
“Böyüklərin dünyası təhlükəlidir, mən o dünyaya girməməli idim.”
Qrassın yaradıcılığı bununla bitmədi. Ardınca “Pişik və siçan”, “İtlərin illəri”, “Yengəc yerişi” kimi əsərləri yazdı. Onun qəhrəmanları cırtdanlar və qorxaqlar idi. Amma bu obrazlar vasitəsilə o, bir xalqın kollektiv yaddaşını oyadırdı.
Qrassa görə yazmaq yalnız bədii məqsəd daşımırdı, yazmaq borc idi, susmaq isə xəyanət...
O, həm də çoxşaxəli sənətkar idi. Yazmaqdan yorulanda rəssamlığa, heykəltəraşlığa keçirdi.
“Romanlarımı yazarkən rəsm çəkməklə dincəlirəm, heykəl yonarkən yazmaqla,” deyirdi...
Qrass 1999-cu ildə ədəbiyyat üzrə Nobel mükafatı ilə təltif olundu.

İsveç Akademiyası onu “tarixin unudulmuş tərəflərini qara yumorla göstərdiyi üçün” mükafata layiq bilmişdi.
2006-cı ildə çap olunan “Soğanı soyarkən” əsərində Qrass gənclikdə "Vaffen SS"ə qoşulduğunu etiraf etdi.
Almaniya bu etirafla sarsıldı. “Ədəbiyyatın vicdanı” adlandırılan yazıçının keçmişində belə bir ləkə olması cəmiyyəti şoka salmışdı.

Bəziləri onu “ikiüzlü” adlandırdı, bəziləri isə “nəhayət, dürüst davrandı”, dedi.
O isə sadəcə susdu, susdu, susdu.
Sanki bu dəfə sözlər bəs eləmirdi.
O, həmişə eyni şeyi söyləyirdi: “Mədəniyyəti ələ keçirə bilməzsiniz. Ədəbiyyat həmişə sərhədləri aşacaq.”
Günter Qrass 2015-ci ilin aprelində Lyubekdə dünyasını dəyişdi. Amma onun qələmi hələ də susmayıb.

Onun “Tənəkə təbil”indəki təbil səsi bəzən incə, bəzən də sərt bir tonla hələ də ədəbiyyatın yaddaşında səslənir.
O, insanın həm qurban, həm də günahkar ola biləcəyini göstərdi.
Qrassın dostu, türk yazıçısı Yaşar Kamal bir dəfə demişdi: “Yazıçı, xalqının səsi deyil, vicdanıdır.”
Bəlkə də, Günter Qrass üçün bundan gözəl tərif yoxdur. O, heç vaxt öz xalqının qəhrəmanı olmadı, amma onun vicdanı idi.

Və bəzən vicdan qəhrəmanlıqdan daha dəyərlidir.

Şahrux Xan milyarder oldu İsrail çıxarılsa, Avstriya “Avroviziya”ya ev sahibliyi etməyəcək “Füzuli qəzəlləri Azərbaycan musiqisində” kitabı təqdim olundu
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://kulis.az
archiveBu xəbər 16 Oktyabr 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see255

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see203

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see187

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see181

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see179

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see174

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see168

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see166

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see158

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see154

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see152

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see147

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see147

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see147

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see146

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see144

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri