Aldığı qonorarın yüksək olduğunu deyənlərə cavab verdi
Axsham.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Əməkdar artist Abbas Bağırov müğənnilərin qonorarlarının müzakirə olunmasına münasibət bildirib.
Axşam.az xəbər verir ki, ifaçı məbləğin yüksək olmasını qınayanları tənqdi edib. O bildirib ki, çəkdiyi zəhmətinin qarşılığını alır:
"Bir sənətçinin qonorarını müzakirə edərkən bir az daha diqqətli olmaq lazımdır. Araşdırma aparıb hansısa rəqəmi paylaşmaq asandır. Amma o rəqəmin arxasında duran zəhməti, məsuliyyəti və böyük bir komandanı da nəzərə almaq lazımdır. Bir sənətçinin aldığı qonorar təkcə onun şəxsi qazancı deyil. Bir müğənninin ətrafında minimum 12-15 nəfərlik komanda çalışır: musiqiçilər, səs rejissoru, texniki heyət, assistentlər, köməkçilər və digər əməkdaşlar. Onların hər birinin əməyi, zəhməti və qazancı həmin qonorarın içindədir.
Bununla da bitmir. Mahnıların alınması, aranjimanlar, studiya xərcləri, kliplərin çəkilişi, səhnə geyimləri, reklam və digər peşəkar fəaliyyətlər böyük maliyyə vəsaiti tələb edir. Ən əsası isə bu gün səhnədə görünən uğurun arxasında illərlə çəkilən zəhmət, yuxusuz gecələr, minlərlə kilometr yol və böyük fədakarlıq dayanır.
Ona görə də bir sənətçinin qonorarını müzakirə edərkən yalnız rəqəmə yox, həmin rəqəmin arxasında duran əməyə və peşəkarlığa da baxmaq lazımdır. Hər kəs öz zəhmətinin və sənətinə verdiyi illərin qarşılığını almağa layiqdir".
Qeyd edək ki, bir müddət əvvəl A.Bağırovun toy məclislərində yarım saatlıq çıxış üçün 6, bütöv toyu aparmaq üçün isə 18 min manat tələb etdiyi xəbəri yayılmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 04 İyun 2026 16:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















