Aleksandar Vuçiç Belqradı bütün münaqişə tərəflərinə dialoq yeri kimi təklif edib
Azertag saytına istinadən Icma.az xəbər verir.
Belqrad, 25 sentyabr, AZƏRTAC
Mən Belqradı dünya münaqişələrində dialoq yeri kimi təklif edirəm.
AZƏRTAC xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışında deyib.
O, ölkəsinin müstəqil və azad qalmağa davam edəcəyini bildirib: “Serbiya müstəqilliyini qoruyacaq və firavan gələcəyin qurulmasına qətiyyətlə diqqət yetirərək öz dövlətçiliyinin və ənənəsinin gücü ilə beynəlxalq çağırışların öhdəsindən gələcək”.
Aleksandar Vuçiç vurğulayıb ki, Serbiyanın xarici siyasətinin dördüncü prinsipi BMT-nin qlobal sabitliyin sütunu olaraq qalmasıdır.
“Birləşmiş Millətlər Təşkilatının islahatı sadəcə institusional vəzifə deyil, qlobal sülhü və ədaləti qorumaq öhdəliyidir. Biz çoxtərəfliliyi təmin etmək, təşkilatımızı daha səmərəli və üzv dövlətlərin ehtiyaclarına daha yaxın etmək üçün Birləşmiş Millətlər Təşkilatında islahatların aparılması və BMT sistemini canlandırmağın zəruriliyini bilirik”, - deyə Serbiya Prezidenti bildirib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
Baxış sayı:57
Bu xəbər 25 Sentyabr 2025 02:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















