Aleksander İsakın “Liverpul”dakı çıxışı tənqidlərə səbəb olub
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
İngiltərə Premyer Liqasının II turunda “Nottingem Forest”la 2:2 hesablı heç-heçə edən “Liverpul”da Aleksandr İsakın çıxışı müzakirələrə səbəb olub.
İdman.Biz BBC Sport-a istinadən xəbər verir ki, “Liverpul”un 125 milyon funt-sterlinqə transfer etdiyi İsveç millisinin hücumçusu ilk hissədə cəmi 6 dəfə topla təmasda olub, 1 dəqiq ötürmə verib və qapıya zərbə endirməyib. İkinci hissədə isə İsak komandasının ilk qolunu vurub.
İngiltərə millisinin sabiq qapıçısı Co Hart “Liverpul”un hələ İsakla necə oynamalı olduğunu tam müəyyənləşdirmədiyini bildirib.
Hartın sözlərinə görə, “Nyukasl”da oyunun böyük hissəsi İsakın üzərindən qurulurdu və futbolçular arasında zamanla formalaşan qarşılıqlı inam buna imkan verirdi. “Liverpul”da isə hazırda həmin inam yoxdur və bu, hücumçunun meydanda təcrid olunmasına səbəb olur.
Qeyd edək ki, 26 yaşlı İsak “Nyukasl”da keçirdiyi son iki mövsümdə Premyer Liqada 44 qol vurub. “Liverpul”da isə ilk mövsümündə zədələr səbəbindən 14 liqa oyununda cəmi 3 qolla yadda qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 29 Avqust 2026 21:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















