Aleksander İsakın yayda üz tutacağı klub bəllidir
sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Nyukasl"ın hücumçusu Aleksander İsak yay "transfer pəncərəsi"ndə hansı kluba üz tutacağına qərar verib. Sport24.az "Fichajes"-ə istinadən xəbər verir ki, isveçli forvard karyerasını İngiltərənin digər klubu "Arsenal"da davam etdirəcək.
"Sağsağanlar" İsakın transferində heç bir kluba güzəşt etmək fikrində deyil. Məhz bu səbəbdən böyük ehtimalla "topçular" İsakı "rənglərinə bağlamaq" üçün klub tarixində rekord təzminat ödəyəcək. "Liverpul"un da isveçli futbolçunun xidmətində maraqlı olduğu söylənilir.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Qeyd edək ki, 25 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 33 oyuna çıxıb, 23 qol vurub və 5 məhsuldar ötürmə edib.

“Nyukasl” İsakın əvəzedicisini tapdı
14 Aprel 2025 22:05
İsakın qolu elə qol imiş...
24 Noyabr 2024 00:00
Aleksandr İsakın əvəzinə serbiyalı hücumçu
21 Aprel 2025 18:49
İsakın gedişinə baş məşqçisi mane olur
28 Dekabr 2024 18:44
Aleksander Arnoldun yerini kim tutacaq?
10 May 2025 11:29

