Aleksandr Çeferin: UEFA əldə etdiyi maliyyə vəsaitinin 97% ni Avropa futboluna qaytarır
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
"UEFA əldə etdiyi maliyyə vəsaitinin 97%-ni paylayır - onu yenidən futbola, Avropa futboluna qaytarır".
İdman.biz xəbər verir ki, bu sözləri UEFA prezidenti Aleksander Çeferin qurumun konqresində bildirib.
UEFA-nın pul qazanmağa çox diqqət yetirdiyini tez-tez eşitdiyini deyən sloveniyalı sözlərinə belə davam edib: "Amma biz soyuq, hissiyatsız gəlir əldə edən maşın deyilik. Pul qazanmaq və onu bölüşdürmək baxımından tayı-bərabəri olmayan qurumuq və bunu vicdanla edirik.
İdmanda kim UEFA-dan daha çox və bir çox yolla qazanılan vəsaiti geri qaytarır? Bizim "HatTrick" proqramımız Avropa çempionatlarından əldə edilən xalis gəlirin yarıdan çoxunu sərmayə qoyuluşu üçün üzv assosiasiyalar arasında yenidən bölüşdürməklə idmanda ən böyük ödəniş sxemlərindən biridir".
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 03 Aprel 2025 17:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















