Aleksandr Plyuşenko Azərbaycan millisində ilk yarışını 13 cü yerdə başa vurub
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Fiqurlu konkisürmə üzrə Azərbaycan millisinin üzvü Aleksandr Plyuşenko ilk turnirində 33 iştirakçı arasında 13-cü yeri tutub.
İdman.Biz xəbər verir ki, 13 yaşlı idmançı Türkiyənin Ankara şəhərində keçirilən yeniyetmələr arasında Qran-pri yarışında qısa və sərbəst proqram üzrə ümumilikdə 171,65 xal toplayıb. O, sərbəst proqram üzrə 114,53, qısa proqram üzrə isə 57,12 xal əldə edib.
Qeyd edək ki, bu yarış Plyuşenkonun beynəlxalq arenada da debütü olub.
Fiqurlu konkisürən sentyabrın 24-də Gürcüstanın Batumi şəhərində keçiriləcək yeniyetmələr arasında Qran-prinin növbəti mərhələsində çıxış edəcək. Sentyabrın 26-dək davam edəcək yarışda Azərbaycanı, həmçinin Arina Kalugina və Anna O’Brayen – Dreyk Tonq rəqs cütlüyü təmsil edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 19 Sentyabr 2026 16:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















