Icma.az
close
up
RU
Aleksitimiyanın növbəti təzahürü

Aleksitimiyanın növbəti təzahürü

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu dəfə Mustafa Hacıbəyli...

Qarabağın azad edilməsi, suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası yaşadığımız tarixin ən mühüm, ən böyük hadisəsidir. 30 ildən sonra torpaqlarımıza qovuşmağımız, xəyallarımızın gerçəkləşməsi, yurd həsrəti ilə yanıb qovrulan insanlarımızın öz el-obalarına qayıdışı əvəzedilməz fərəh hissi doğurur, hər birimizi sevindirir. Amma bəzi istisnalar var - bəzi aleksitimiya daşıyıcıları bu qüruru, bu sevinci, bu fərəhi yaşaya bilmir, bütün işlərdə bir “qara nöqtə” axtarır, özlərinə uyğun, adlarına uyğun, siyasi kimliklərinə uyğun şəkildə ürək bulandırmağa çalışırlar.

Məsələn, vaxtilə, qardaşı Arif Hacılının “Müsavat” başqanlığını saxtakarlıqla çırpışdırmasına haqq qazandırmaq üçün əldən-ayaqdan gedən Mustafa Hacıbəyli (yeri gəlmişkən, bu qardaşların da eyni soyadı daşımaması maraqlı gəldi - yəqin, ikinci özünü məşhur şəcərəyə qoşmaq niyyətində olub) azad Qarabağa, azad Zəngəzura  “səfər edib”. Sosial şəbəkə paylaşımında özü boyda qısqanclığının son həddini biruzə verib - yazır ki, Füzulidə, Cəbrayılda hələ 25-30 bina tikilib.

Əslində, bu adama cavab verməmək də olardı - aleksitimiya daşıyıcısının Qarabağ sevincinə şərik olmamasının heç bir təəccüblü tərəfi yoxdur - amma onun bu qədər cılızlaşması insanda ikrah hissi yaradır.

Birincisi, azad edilmiş ərazilərdə kütləvi minatəmizləmə işləri aparılır ki, bu Mustafa Hacıbəyliyə deyəsən ayan deyil. Ayandırsa da, bunu qəsdən gözardı edir. Hər şəhərdə 25-30 bina tikilirsə, hər rayonda ilkin mərhələ olaraq onlarla kənd salınırsa, körpülər tikilirsə, yollar çəkilirsə, infrastruktur qurulursa və daha sadalanası onlarla inzibati binalar istifadəyə verilirsə, Hacıbəyli başqa nə görmək istəyir? Vaxtilə qardaşının Milli Məclis tribunasından ölkədə hakimiyyəti ələ almaq üçün xarici dövlətlərlə razılaşdıqlarının etirafından, Qarabağın işğalındakı rolundan utanmayan Mustafa Hacıbəyli dövlətin gördüyü meqaişlərə kölgə salmağa çalışır. Amma bu da iflasa məhkumdur.

Adamın şikayətinə baxın - “bütün azad edilmiş ərazilər üçün xas olan hal - addımbaşı yoxlamalardır. İki gündə yoldakı postlarda 7 dəfə sənədlərimizi, 3 dəfə baqajımızı (yükümüzü) yoxladılar.  Addımbaşı kameralar quraşdırılıb...”

Şuşa-Xankəndi yolundakı yoxlamalara ironiya edən bu şəxs mahiyyət etibarı ilə 1990-cı illərin xaosunun “məhsulu” olduğunu bir daha ortaya qoyur. Bəli, dövlət həmin ərazilərdə mühüm postlar qurub və yoxlamalar edir. Bu, heç də Mustafa Hacıbəylinin şəxsinə aid bir məsələ deyil - bu təhlükəsizlik məqsədi ilə edilir. Bundan “şou” düzəltmək isə aleksitimistlərin görəcəyi bir işdir.

Beləliklə, redikül müxalifət harda olmasından asılı olmayaraq ancaq mənfi notlara yüklənir - hətta şər-böhtan gücünə olsa belə. Mustafa Hacıbəyli kimi - uğurumuza, qürurumuza, qələbəmizə sevinə bilməyənlər kimi...

MƏNSUR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 Oktyabr 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see336

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see308

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see268

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see252

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see250

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see246

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see241

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see233

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see230

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see227

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see217

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see216

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see214

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see209

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see207

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see204

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see202

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see201

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see186

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri