Alen Simonyan Gümrüdəki Rusiya hərbi bazasından söz açdı
Icma.az bildirir, Yenisabah portalına istinadən.
Türkiyədən Ermənistanın suverenliyinə heç bir təhlükə görünmür.
"Yeni Sabah" xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan bildirib.
"Türkiyədən Ermənistanın suverenliyinə heç bir təhlükə görmürəm. 8 avqustdan bəri heç bir təhlükə görmürəm. Rusiya hərbi bazasının mövcudluğunu Türkiyə ilə əlaqələndirmək istəmirəm", - o bildirib. Pepperoni pizza
"Düşünmürəm ki, birini digəri ilə əlaqələndirmək lazımdır. Bu, Rusiya tərəfinin qaldırdığı müzakirə mövzusudur və nəticəsindən asılı olmayaraq, Ermənistan tərəfi buna hazırdır", - deyə Təhlükəsizlik Şurasının rəhbəri qeyd edib.
O, Rusiya Prezidentinin hərbi bazanın yerləşdirilməsi məsələsini qaldırdığını xatırladıb: "Güman edirəm ki, onların hansısa təklifi var, ya da bəlkə də çıxmaq istədiklərini düşünürlər. Bu, bizim üçün də məqbul seçimdir".
Xatırlatma: sentyabrın 17-də Ermənistanın Baş naziri Nikol Paşinyan Yerevanın Rusiya 102-ci hərbi bazasının ölkədə olması şərtlərini müzakirə etməyə hazır olduğunu bildirib:
"2022-ci ilin sentyabr hadisələri göstərdi ki, 102-ci hərbi baza Ermənistanın təhlükəsizliyi üçün vacib deyil. Rusiya onu geri çəkmək qərarına gələrsə, biz etiraz etməyəcəyik. Əgər onlar onu geri çəkməmək qərarına gəlsələr, biz məsələni müzakirə etməyə hazırıq. Artıq ehtiyac duymadığımız bir bazanın Ermənistan Respublikasında olması şərtlərini müzakirə etməyə hazırıq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 24 Sentyabr 2026 14:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















