Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq Vud
Axar.az saytına istinadən Icma.az xəbər verir.
Avropa Siyasi Birliyinin Dublində keçirilən sammiti çərçivəsində imzalanmış Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə iki ölkənin münasibətlərində yeni mühüm fəsil açır.
Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Avropa və Şimali Amerika üzrə dövlət naziri Stüart Vud X hesabında yazıb.
"Avropa Siyasi Birliyinin Dublindəki sammitində razılaşdırılmış Böyük Britaniya və Azərbaycan arasındakı strateji tərəfdaşlıq ölkələrimizin münasibətlərində yeni mühüm fəslin başlanğıcını qoyur. O, regional sabitliyin və rifahın möhkəmlənməsinə kömək edir, eləcə də texnologiya, innovasiya və təhsil sahələrində əməkdaşlıq üçün daha geniş imkanlar açır", - o yazıb.
Qeyd edək ki, ötən gün Azərbaycan və Böyük Britaniya Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıblar. Sənədi Azərbaycan Prezidenti İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnhem İrlandiyanın paytaxtı Dublində Avropa Siyasi Birliyinin 9-cu Sammiti çərçivəsində imzalayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 13 Noyabr 2026 21:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















