Icma.az
close
up
RU
Menu

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

“Paşinyanın cibində Avropaya apardığı banan” VİDEO

“Paşinyanın cibində Avropaya apardığı banan” VİDEO

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Bakupost.az yazıçı Şərif Ağayarın iştirakı ilə Bakupost TV yutub kanalında yayımlanan “Yazıçı Postu” layihəsinin 45-ci buraxılışının yazılı variantını təqdim edir.


– Konstitusiya günü

Dünən Konstitusiya Gününü qeyd etdik. Böyük Mirzə Cəlilin “Anamın kitabı” pyesində ana rusdilli, türdilli və farsdilli oğlanlarına yaxınlaşıb sinəsinə sıxdığı kitabı göstərir, deyir, bəs bunu kim oxuyacaq? Məncə, pyesdə ananın sinəsinə sıxdığı o kitab Azərbaycanın kostitusiyasıdır. Mirzə Cəlil respublika dəyərlərini çox yaxşı bilirdi, ona görə bu adda çox gözəl bir məqalə yazmışdı. Qəribədir, içinin yanğısı ilə respublika haqda məqalə yazan bir mütəfəkkir Azərbaycan Xalq Cümhiriyyətinə o qədər də isti yanaşmamışdı. Göğrünür, böyük realist həmin dövrdə müstəqil Azərbaycan dövlətinin çox yaşamayacağını anlamışdı və tarix onu haqlı çıxartdı.

Azərbaycan konstitusiyası bizim üçün müqəddəs bir kitaba çevrilməlidir. Azərbaycan insanları, hətta Azərbaycan ziyalıları arasında konstitusiya savadsızlığı var. Adamlar öz hüquqlarını bilmirlər. Biz konstitusiyaya laqeydik. Görəsən niyə? Məncə, zaman-zaman qanunlarla gerçəklik arasında uçurum gördüyümüz üçün.

İnsan öz hüquqularını bilməyəndə onu rahatlıqla idarə etmək, hətta əzmək olur. Biz konstityusiyamızı ciddi-ciddi oxumalı, öyrənməli və səmavi kitablar qədər, hətta onlardan bir az da artıq müqəddəs olduğuna inanmalıyıq. Əsl vətəndaş kimi yetişməyimiz üçün bizim ilkin bazamız konstitusiyamızdır. Mümbarək olsun!


– Paşinyanın bananı

Tramp İranı hədələyir, onlarla danışıqların heç bir əhəmiyyət daşımadığını söyləyərək İsraili dolayı yolla, bəzi mütəxəssislərin fikrincə birbaşa müharibəyə təhrik edir, Rusiya ilə Ukrayna arasında qanlı müharibə bütün şiddəti ilə davam edir, belə bir vəziyyətdə Avropa liderləri və dövlət başçıları Dublin şəhərində sammit keçirib, dünyanın taleytini həll eləməyə çalışır. Ermənistanın baş naziri Nikol Paşinyan isə Türkiyənin Antaliya şəhərindən Dublinə uçarkən özü ilə banan götürür, onu video-kamera qarşısında qoltuq cibinə qoyur, Dublində yerə enəndə bir də çəkiliş aparıb bananı göstərir və öz sözünün üstündə durduğunu bildirir. Sizcə, Paşinyan bu jestlə nə demək istəyir? Məncə, o, Avropa siyasətçilərinə demək istəyir ki, mən Rusiya boyda imperiyanı heçə sayaraq, üzümü demoktratik qərbə tutmuşam, siz isə Putin və Tramp qarşısında meymuna çevrilmisiniz, ona görə sizə Antaliyadan hədiyyə gətirmişəm.

– Dərslik qalmaqalının nəticəsi

– Dərsliklərlə bağlı qalmaqal davam etsə də, bir az səngiyib. Veirilişimizdə bu haqda danışdığım üçün qalmaqala məni də cəlb ediblər. Rafiq İsmayılovun bəzi dostları bizi iqtibasla plagiatı biri-birindən ayırmamaqda günahlandırır. Mən başa düşə bilmirəm, beş-altı cümləlik əhvalatdan nə iqtibas eləmək olar? Yaxşı, bizim dilə uyğunlaşdırıb yazırsansa, bəs özünün, qohumunun imzasını niyə qoyursan? Rafiq müəllim dərsliklərə yazdığı hekayələrə görə heç bir qonorar almadılğını söyləyir. Sən demə, içimizdə bir düha yetişibmiş, xəbərimiz olmayıb. Necə Üzeyir Hacıbəyli uşaqlar üçün hesabdan dərslik yazmışdı, Rafiq müəllim də bizim balacalara tam təmənnasız kömək edirmiş. Sadəcə tam təsadüfdən o kitablar yalnız Rafiq müəllimin rəhbərlik etdiyi “Altun kitab” nəşriyyatında çıxırmış...

Dərsliklərdən müəllimlər də, valideynlər də, şagirdlər də illərdir gileylənirlər. Məsələni araşdıranlar da daş atıb başlarını tuturlar. Görünür, indiyədək bu məsələyə məsul qurum və təşkilatlar öz işlərini yaxşı görə bilməyib. Ona görə də yazıçılardan, pedaqoqlardan, müəllimlərdən ibarət ciddi bir komissiya yaradılmalı və bu məsələ araşdırılmalıdır. Təbii, əgər təhsilimizin problemini həll etmək istəyirsinizsə. İstəmirsinizsə, sizə uğurlar arzulayıram.

– Deputat Naqif Həmzəyevin etirazı

Deputat Naqif Həmzəyev əyalətdə tikilən köhnə binların qəzalı vəziyyətindən danışdı, jurnalistlərin bu haqda yaza bilmədiklərini, yazanların isə işlərini itirdiyini diqqətə çatdırdı, lakin vitse-spiker Ziyafət Əsgərov ağzından vuraraq onu susdurdu. Eyni zamanda bildirdi ki, hansısa jurnalistin işdən qovulma faktrı varsa, Naqif Həmzəyev ona təqdim etsin. Çox maraqlıdır, Ziyafət müəllim bu faktı neyləyəcəkdi? Tutalım, bir baş redaktor deyir ki, bu əməkdaşın yazıları məni qane eləmir, ona görə onunla işləmirəm, Ziyafət müəllim buna necəsə müdaxilə edə bilər? Axı bu olsa-olsa məhkəmə predmetidir, bunun üçün isə zərəçəkən tərəf qanunun tələb elədiyi qaydada müraciət etməlidir.

Üzeyir Hacıbəyılinin “Parlament” haqda yazısı var. Ümid edirəm, Ziyafər müəllim oxuyub. Oxuyubsa bilir: parlament söhbət, mübahsə etmək, həytta yaxşı mənada bir-biri qırmaq yeridir. Məqsəd isə doğruları ortaya çıxarıb tədbir görməkdir.

Üzeyir bəyin məqaləsi rus dilinə çeviriblirsə, hörmətli spiker Sahibə xanım Qafarova da oxumuş olar. Amma bir müdət əvvəl o da yazıçı Aqil Abbasın ağzından vurmuşdu. Sonra Aqil müəllimin açıqlaması gəldi, mən o açıqlamanı əlim üryəimin üstündə oxudum. Az qala yazmışdı ki, Sahibə xanım haqlıdır, əslində, mən heç Ağdamda doğulmamışam.


– Səməd Vurğun primitiv yazıbmı?

Şair dostumuz Aqşin Yenisey paylaşımında ictimai məzmunlu şeirlərlə lirik şeirləri müqayisə edərək, birincilərin kütləyə xitab etdiyi üçün sevildiyini bildirir. Msial kimi isə Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” və Səməd Vurğunun “Azərbaycan” şeirlərini göstərir. Şəhriyarın şeiri ilə mübahisə aparmağı yersiz sayıram. Çünki “Heydərbabaya salam”ın sənətkarlıq səviyyəsi hamı üçün aydındır. “Azərbaycan” şeiri isə doğrudan da müxtəlif fikirlər doğurur. Onu primitiv, hətta bayağı sayan söz adamları görmüşəm. Səməd Vurğun konyunkturaya xidmət göstərən, yalan danışan çoxlu ictima-siyasi mədhiyyə və tətənnümlər yazıb, lakin “Azərbaycan” şeirində vəziyyət fərqlidir. Bu şeir haqqında dolğun bilmək üçün “səhli-müntəna” terminini araşdırmaq lazımdır. Farsca bu, “çətinin-asanı” deməkdir. Yəni adi sözlərlə yüksək sənətkarlıq nümaunəsi yaratmaqdan söhbət gedir. İlk baxıçşdan elə bilirsən çox asandır, hamı yaza bilər, lakin elə deyildir. Bizim bayatılarda, dastanlardakı şeirlərdə, Nazim Hikmət yaradıcılığında belə nümunələrə rast gəlmək olur. “Azərbaycan” şeiri də bu cürdür. Biz çalışmalıyıq ki, insanlar kimi mətnləri də yaxşı tanıyaq, çünki bu, gələcəyimizi müəyyən etmək üçün bizə lazımdır.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 13 Noyabr 2026 22:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see353

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see336

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see317

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see299

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see264

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see256

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see248

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see233

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see221

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see210

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see204

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see204

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see203

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see201

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see195

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see195

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see179

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see178

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see168

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri