Icma.az
close
up
RU
Alen Simonyan: “İlham Əliyev bizə güzgü prinsipi ilə cavab verməkdə haqlıdır” KONKRET

Alen Simonyan: “İlham Əliyev bizə güzgü prinsipi ilə cavab verməkdə haqlıdır” KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərin suallarını cavablandırarkən Azərbaycan Prezidenti İlham Əliyevin “Qərbi Azərbaycan”la bağlı bəyanatlarına münasibət bildirib.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, Simonyan bu bəyanatları “normal” adlandırıb və onların Ermənistanın addımlarına güzgü reaksiyası olduğunu bildirib.

“Biz Azərbaycana ərazi iddiaları irəli sürürük… Amma bunu görmürük və Azərbaycan tərəfindən atılan addımlara cavab olaraq təəccüblənirik: “Baxın, onlar nə edirlər?”. İlham Əliyev güzgü prinsipi ilə cavab verir. Onun fikrincə, biz ona qarşı nə etmişiksə, o da eynisini edir”, deyə dpiker qeyd edib.

Simonyan erməniləri reallıqda yaşamağa və Ermənistanı dünyadan təcrid olunmuş bir ada kimi görməməyə çağırıb.

“Öz dünyanızda yaşamaqdan əl çəkin. Elə davranmayın ki, guya yalnız Ermənistan var və onun tarix dərsliyi mövcuddur, digər xalqlar isə əhəmiyyətsizdir. Guya biz, ermənilər, duduk çalır, ərik becərirdik, digərləri isə ağacda yaşayırdı… Bu yanaşmadan əl çəkin, Ermənistan Respublikasını və onun gələcəyini məhv etməyin. Bu səhvdir. Bunu anlayın.”

Simonyan vurğulayıb ki, hazırda siyasi fəaliyyətlə məşğuldurlar və qeybət etmirlər:

“Biz siyasətlə məşğuluq. Bura gəlib besedkada oturub qeybət etmək üçün gəlməmişik. Sülh müqaviləsi imzalanandan sonra ermənilər Bakıda yaşaya biləcəklər. Digərləri isə bir vaxtlar yaşadıqları Ermənistan ərazisindəki kəndlərə qayıda biləcəklər. Necə ki, bu gün ermənilər Gürcüstanda yaşayır. Eyni məntiqdir.”

Simonyanın fikrincə, sülh müqaviləsi imzalandıqdan beş dəqiqə sonra Ermənistan və Azərbaycan vətəndaşları bir-biri ilə ticarət edəcək, əlaqələr quracaq və müxtəlif yollarla ünsiyyətdə olacaqlar.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:347
embedMənbə:https://konkret.az
archiveBu xəbər 27 May 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri