Aleyna Tilki sevgi həyatından DANIŞDI: Küçədə heç kimlə əl ələ gəzməmişəm
Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyəli məşhur müğənni Aleyna Tilki şəxsi həyatı ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Lent.az xəbər verir ki, gənc yaşlarından musiqi dünyasında tanınan ifaçı hazırda həyatında heç kimin olmadığını bildirib. Aleyna Tilki indiyədək sevgilisi ilə küçədə əl-ələ gəzmədiyini də etiraf edib.
“Sevgilim yoxdur. Heç kimlə küçədə əl-ələ də gəzməmişəm. Bunu da öyrənəcəyəm”, – müğənni bildirib.
Aleyna Tilki evliliklə bağlı fikirlərini də bölüşüb. O, ailə quracağı halda bunun əsas səbəbinin uşaq sahibi olmaq istəyinin olacağını deyib.
“Əgər evlənsəm, uşaq sahibi olmaq üçün evlənərəm”, – Aleyna Tilki vurğulayıb.
Müğənninin şəxsi həyatı və evlilik haqqında bu açıqlamaları sosial mediada da diqqət çəkib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 07 Oktyabr 2026 16:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















