Icma.az
close
up
RU
Menu

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

İraola: “Belə bir şey baş verməməlidir”

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

Tayson Fyuri Daniel Dübua döyüşünün favoriti açıqlanıb

Tayson Fyuri Daniel Dübua döyüşünün favoriti açıqlanıb

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Britaniyalı boks promouteri Eddi Hirn ağır çəki dərəcəsində WBO versiyası üzrə dünya çempionu Daniel Dübua ilə sabiq dünya çempionu Tayson Fyuri arasında mümkün döyüşü dəyərləndirib.

İdman.Biz xəbər verir ki, mütəxəssis iFL TV-yə müsahibəsində Dübuada son dövrlərdə ciddi irəliləyiş müşahidə etdiyini, lakin onun məğlub edilməsinin mümkün olduğunu bildirib.

Hirnin sözlərinə görə, britaniyalı boksçu xüsusilə özünəinam və psixoloji dayanıqlıq baxımından inkişaf edib.

“Dübua ilə döyüşəndə vəziyyət çox sürətlə dəyişə bilər. O, son dərəcə təhlükəlidir. Lakin ona təzyiq göstərib müqavimətini qırmağa başlayanda həm fiziki, həm də psixoloji baxımdan döyüşün gedişi dəyişə bilər. Düşünürəm ki, yaşa dolduqca və özünəinamı artdıqca bu cəhətdən daha da yaxşılaşır”, - deyə promouter bildirib.

Hirn Dübuaya Co Coys və Aleksandr Usiklə qarşılaşmalarda üzləşdiyi çətinlikləri də xatırladıb. Onun fikrincə, boksçu əvvəlki illərlə müqayisədə ağır vəziyyətlərdən çıxmaq bacarığını təkmilləşdirib.

“Əvvəllər onun emosional və psixoloji baxımdan çox kövrək olduğunu düşünürdüm. İndi isə yetkinləşir və bu problem əvvəlki qədər nəzərə çarpmır. Coys və Usiklə döyüşlərdə təslim olduğunu deyəndə nəzərdə tutduğum odur ki, yaranan vəziyyət onun üçün həddindən artıq çətin idi. Lakin indi bunun öhdəsindən gəlməyi öyrənir”, - deyə Hirn əlavə edib.

Promouter hesab edir ki, Fyuri aqressiv döyüş üslubundan istifadə etsə, Dübuaya qalib gələ bilər. O, buna nümunə kimi Aleksandr Usikin britaniyalı boksçuya qarşı çıxışını göstərib.

“Usikin ona nə etdiyinə baxın. Dübua ilk dəqiqədə fəal hücum edərək onu güclü zərbələrlə geri çəkilməyə məcbur etdi. Lakin Usik bundan sonra özü hücuma keçmək qərarına gəldi. O, Dübuaya ciddi təzyiq göstərərək onu məğlub etdi. Halbuki Dübua fiziki ölçülərinə görə Usikdən xeyli böyükdür”, - deyə Hirn vurğulayıb.

Onun fikrincə, Dübuaya qalib gəlmək üçün rəqib həm təzyiqə tab gətirməli, həm də əks-hücumlarda kifayət qədər güclü olmalıdır.

“Bunu bacarmaq lazımdır. Təzyiqə dözmək üçün kifayət qədər güclü və dözümlü olsanız, onu məğlub edə bilərsiniz. Amma Dübua çox ağır zərbələr endirir, fiziki baxımdan güclüdür və hazırda özünəinamı yüksək səviyyədədir. Bu da onu son dərəcə təhlükəli edir”, - deyə promouter bildirib.

Qeyd edək ki, Dübua son döyüşündə Fabio Uordlini ikinci raundda texniki nokautla məğlub edərək WBO çempionluq kəmərini qoruyub. Rəqibin məşqçisi Ben Devison ikinci raundda döyüşün dayandırılması üçün rinqə dəsmal atıb.

Dübuadan fərqli olaraq, Fyurinin növbəti rəqibi artıq məlumdur. O, dekabrın 11-də Uelsin Kardiff şəhərində Entoni Coşua ilə qarşılaşacaq. Dübuasının isə 2027-ci ilin fevralında növbəti titul müdafiəsi üçün rinqə qayıdacağı gözlənilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 25 Oktyabr 2026 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see353

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see327

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see287

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see278

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see271

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see262

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see260

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see256

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see251

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see247

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see243

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see240

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see234

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see232

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see231

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see229

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see225

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see219

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see217

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri