Neymar qırmızı vərəqə almasını irqçilik təzahürü adlandırıb
Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Santos" klubunun hücumçusu Neymar Braziliya çempionatının 32-ci turunda "Bahiya" ilə matçda (1:1) meydandan qovulmasını irqçilik təzahürü adlandırıb.
Moderator.az xəbər verir ki, futbolçu bu barədə "Instagram" səhifəsində paylaşım edib.
Neymar qarşılaşmanın 46-cı dəqiqəsində qeyri-idman davranışına görə qırmızı vərəqə alıb. O, oktyabrın 28-də səfərdə "Palmeyras"la keçiriləcək növbəti oyunu buraxacaq.
"Adətən meydanda baş verənlər barədə danışmağı sevmirəm, amma Nestor Pitana (matçın hakimi – red.) mənimlə çox ciddi bir hərəkət etdi. Bu, çox ciddi məsələdir, çünki irqçiliyə qarşı yaradılmış qanun var və o, bundan öz xeyrinə istifadə etmək istədi. Çox məyusam, çünki o, çox hiyləgər davrandı. Mən topu onun bel nahiyəsinə atdım, o isə üzündən tutdu. Belə etmək olmaz", – futbolçu bildirib.
Qeyd edək ki, "Santos" Braziliya çempionatının turnir cədvəlində 46 xalla 8-ci yerdə qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 25 Oktyabr 2026 13:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















