Icma.az
close
up
RU
Ali Məhkəmə işdən azad olunma ilə bağlı mübahisəli vəziyyətə dair vahid qərar verdi: Xəbərdarlıq müddəti gözlənilməlidir

Ali Məhkəmə işdən azad olunma ilə bağlı mübahisəli vəziyyətə dair vahid qərar verdi: Xəbərdarlıq müddəti gözlənilməlidir

Icma.az bildirir, Mia.az portalına istinadən.

Ali Məhkəmə işəgötürən tərəfindən işçinin ərizəsində göstərilmiş xəbərdarlıq müddətini gözləmədən əmək müqaviləsinə xitam verilməsinin hüquqi nəticələrinə dair vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

Mia.az xəbər verir ki, işçi 06.02.2024-cü il tarixli ərizə ilə işəgötürənə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə 1 ay sonra yəni, 06.03.2024-cü il tarixdən xitam verilməsini xahiş edib.

İşəgötürən isə həmin müddəti gözləmədən 3 gün sonra 09.02.2024-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən əmək müqaviləsinə xitam verib. İddiaçı xəbərdarlıq müddətinin gözlənilmədiyinə istinad edərək, işdən azad olunması barədə əmrin ləğv olunması və işinə bərpa olunması barədə iddia qaldırıb. İşə baxan birinci və apelyasiya instansiya məhkəmələri əmri qanunsuz hesab etməklə, işçinin işə bərpa olunması qənaətinə gəliblər. Bundan sonra cavabdeh kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. 

Ali Məhkəmənin Mülki kollegiyası işə baxaraq qeyd edib ki, əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydasını tənzimləyən 69-cu maddəsinə görə, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmçinin bir qayda olaraq işçi əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. 

Baxılan işdə iddiaçı işəgötürənə yazdığı ərizəsində onunla bağlanmış əmək müqaviləsinə bir ay sonra xitam verilməsini xahiş edib. Bu halda işəgötürən iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi üçün bir aylıq xəbərdarlıq müddətini gözləməli, bu müddət bitdikdən sonra əmək müqaviləsinə xitam verməli idi. Lakin işəgötürən xəbərdarlıq müddətini gözləməyib, iddiaçının barəsində intizam tənbehi verilməsi barədə əmrin olmasını əsas tutaraq, xəbərdarlıq müddəti bitənədək əmək müqaviləsinə xitam verib. Bu hal (xəbərdarlıq müddətinin bitməməsi) əmrin ləğvinə əsasdır və məhkəmə əmri ləğv etməkdə haqlı olub. Bu baxımdan işə mahiyyəti üzrə baxmış məhkəmələr əmri ləğv etməkdə haqlı olsalar da, iddiaçının daimi olaraq işə bərpa olunması hissəsində düzgün olmayan qənaətə gəliblər. 

Belə ki, iddiaçı öz iradəsinə uyğun olaraq 06.03.2024-cü il tarixdən əmək müqaviləsinə xitam verilməsini tələb etmiş və məhkəmələr tərəfindən Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü hissəsinə müvafiq olaraq bu müddət bitənədək ərizəsini geri götürməsi və ya onun etibarsız hesab edilməsi barədə işəgötürənə yeni ərizə verməsi halı müəyyən olunmayıb.

Belə olan halda bu tarixdən sonra iddiaçı ilə əmək münasibətlərinin davam etdirilməsi üçün əsas qalmırdı və işəgötürən ona xəbərdarlıq müddəti bitənədək olan dövr üçün əmək haqqı ödəmək vəzifəsi daşıyır. Ona görə də iddiaçı işdən azad olunma barədə əmrin verildiyi tarixdən xəbərdarlıq müddətinin bitdiyi tarixədək işə bərpa edilmiş hesab edilməli və həmin müddət üçün ona məcburi işburaxma günlərinə görə əmək haqqı ödənilməlidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://mia.az
archiveBu xəbər 08 Aprel 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri