Icma.az
close
up
RU
Ali Məhkəmə vətəndaşa vurulan ekoloji zərərlə bağlı şikayəti təmin edib

Ali Məhkəmə vətəndaşa vurulan ekoloji zərərlə bağlı şikayəti təmin edib

Azvision portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Vətəndaş neft emalı zavoduna qarşı iddia qaldıraraq bildirib ki, sağlamlığına dəyən zərər həmin zavodun fəaliyyəti ilə bağlıdır. O, zavodun mülki məsuliyyətə cəlb edilməsini və dəymiş zərərin ödənilməsini tələb edib.
İşə baxılarkən iddiaçıya məxsus fərdi yaşayış evi yaxınlığında aparılan monitorinqlər nəticəsində havada və suda zərərli maddələrin miqdarının normadan artıq olması məlum olub. Belə ki, aparılan yoxlamalarda atmosferə atılan çirkləndirici maddələrin, xüsusən də etil-benzolun qatılığının sanitar norma həddini bir neçə dəfə keçdiyi müəyyən edilib. Hava və su nümunələrinin analizləri zamanı digər bəzi göstəricilərdə də normadan kənar nəticələr aşkarlanıb.
Apellyasiya instansiyası məhkəməsi qeyd edilənləri nəzərə alaraq mənəvi zərər üçün əhəmiyyətli məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar verib. Cavabdeh zavod mənəvi təzminatla razılaşmayaraq Ali Məhkəməyə müraciət edib.
Ali Məhkəmənin Mülki kollegiyası qeyd edib ki, sağlam ətraf mühitdə yaşamaq hüququ şəxsiyyət hüququnun tərkib hissəsi olmaqla hər kəsin ekoloji cəhətdən təmiz, əlverişli və təhlükəsiz ətraf mühitdə yaşamasına təminat verir. Bu hüquq Konstitusiyanın 39-cu maddəsi, Azərbaycan Respublikasının tərəfdaş olduğu digər beynəlxalq hüquqi sənədlər, “Ətraf mühitin mühafizəsi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının qanunları və digər aidiyyəti normativ hüquqi aktlarla qorunur.
Ekoloji cəhətdən təmiz, əlverişli və təhlükəsiz ətraf mühit dedikdə, iqlim və ekosistem (ağacların qırılması, torpağın şoranlaşması və eroziyası, su hövzələrinin qurudulması, bioloji müxtəlifliyin azalması və s.), fiziki (səs-küy, toz, radiasiya, istilik, vibrasiya və s.), kimyəvi (qaz, neft məhsulları, pestisidlər, ağır metallar və s.), bioloji (bakteriyalar, virus, göbələk və s.) və mexaniki (plastik tullantılar, tikinti qalıqları və s.) cəhətdən çirklənməmiş mühit (hava, torpaq, su, yerin təki, flora və fauna) başa düşülür. Ekoloji hüquqpozmaların törədilməsi şəxsin sağlam ətraf mühitdə yaşamaq hüququnu pozduğu halda isə bu, ona mənəvi zərərin əvəzinin ödənilməsini istisna etmir.
Beləliklə, ətrafdakılar üçün yüksək təhlükə mənbəyi hesab edilən zavodlar tərəfindən ekoloji hüquqpozmaların törədilməsi şəxsin sağlam ətraf mühitdə yaşamaq hüququ, habelə onun sağlamlığının qorunması və digər şəxsiyyət hüquqlarının pozulmasına və ona mənəvi zərərin vurulmasına səbəb ola bilər.
Bu baxımdan istehsal müəssisələri və digər təşkilatlar öz fəaliyyətlərini həyata keçirən zaman bu hüquqların pozulmasından çəkinməlidirlər.
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://azvision.az
archiveBu xəbər 13 Noyabr 2025 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see170

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see166

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see148

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see141

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see133

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see132

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see131

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see129

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri