Icma.az
close
up
RU
Ali Məhkəmədə boşanmaların artan tendensiyası fonunda məhkəmə təcrübəsi olundu: ailə mübahisələrində mediasiya institutu nə dərəcədə əhəmiyyətlidir?

Ali Məhkəmədə boşanmaların artan tendensiyası fonunda məhkəmə təcrübəsi olundu: ailə mübahisələrində mediasiya institutu nə dərəcədə əhəmiyyətlidir?

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ali Məhkəmədə “Ailə mübahisələrində mediasiya institutunun tətbiqinin əhəmiyyəti və beynəlxalq təcrübə” mövzusunda dəyirmi masa keçirilib.

Bizimyol.info xəbər verir ki, nikahın pozulması hallarının artan tendensiyası fonunda təşkil edilən tədbirin məqsədi bu istiqamətdə məhkəmə təcrübəsinin təhlili, mübahisələrin məhkəmədənkənar həlli üsullarına xüsusi yanaşmanın və beynəlxalq təcrübənin tətbiqi məsələlərinin müzakirə edilməsi olub.

Tədbirdə Ali Məhkəmənin Mülki kollegiyasının sədri Sənan Hacıyev, Türkiyə Ali Məhkəməsi (Yargıtay) sədrinin müavini Adem Albayrak, Azərbaycan Respublikası Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, eləcə də hakimlər, mediatorlar və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.

Çıxışlar zamanı ailə institutunun əhəmiyyətinə toxunularaq qeyd olunub ki, Azərbaycan Konstitusiyasında da ailə cəmiyyətin əsas özəyi kimi əks olunub. Bu baxımdan hər kəs ailə institutunun qorunmasına, ailədaxili münasibətlərin sağlam əsaslarda qurulmasına və mübahisələrin dinc, məhkəmədənkənar yollarla həllinə töhfə verməlidir. Bildirilib ki, alternativ mübahisə həlli mexanizmlərinin tətbiqi tərəflər arasında qarşılıqlı anlaşmanın və sosial barışın təmin edilməsinə, habelə məhkəmələrdə iş yükünün azaldılmasına xidmət edir.

Bununla yanaşı, boşanmaların azalması məqsədilə ailə mübahisələrinin həllində xüsusi yanaşmanın tətbiqinin zəruriliyi vurğulanaraq, alternativ həll üsullarının önəmi qeyd edilib. Həmçinin bildirilib ki, boşanmaların sayının azaldılması və qanunvericiliyin, məhkəmə təcrübəsinin təkmilləşdirilməsi üçün birgə əməkdaşlıq əsas prioritetlərdəndir. Bu istiqamətdə qardaş Türkiyənin müsbət təcrübəsinin faydalı olduğu vurğulanıb.

Sonra Mediasiya Şurasının İdarə Heyətinin üzvü Əli Nəbiyev “Azərbaycanda mediasiyanın tətbiqi və inkişaf dövrü” mövzusunda təqdimatla çıxış edərək, ölkəmizdə mediasiya institutunun formalaşma mərhələləri və əldə olunmuş nailiyyətlərdən danışıb. Bildirilib ki, bu gün ailə mübahisələri mediasiya sahəsində 80 faiz yer tutur və onların 30 faizi barışıqla həll olunur.

Sabunçu Rayon Məhkəməsinin hakimi Adilə Paşayeva isə “Ailə mübahisələrində mediasiya institutunun tətbiqinin effektivliyi və məhkəmə təcrübəsində rast gəlinən problemlər” mövzusunda təqdimatla çıxış edib, bu sahədə mövcud olan çətinliklər və mediasiyanın potensial faydaları barədə iştirakçılara geniş məlumat verib.

Türkiyə Ali Məhkəməsinin sədr müavini Adem Albayrak “Türkiyədə ailə mediasiyası təcrübələri və mediasiya müqavilələrinin hüquqi qüvvəsi” mövzusunda çıxış edərək, mediasiyanın tarixi və qardaş ölkənin təcrübəsi haqqında iştirakçılara ətraflı məlumat verib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova ailə institutunun əhəmiyyəti və onun cəmiyyətdəki rolunu qeyd edib. Məhkəmələrin ailə mübahisələrinin həllindəki əhəmiyyəti vurğulanıb və bu sahədə Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına mühüm töhfə verildiyi diqqətə çatdırılıb.

Tədbir müzakirələrlə davam etdirilib, iştirakçılar arasında təcrübə mübadiləsi aparılıb və gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Aytən, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 09 İyul 2025 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR əməkdaşlarına illik mükafat veriləcək. Dəqiq tarix açıqlanıb – FOTO

28 Noyabr 2025 08:31see410

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see309

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see293

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see291

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see250

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see192

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see191

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see181

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see173

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see152

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see145

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see143

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see142

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see142

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see129

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see129

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see128

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see128

Müəllimə avtobus sükanı arxasında Qadın sürücülərdən reportaj VİDEO

26 Noyabr 2025 09:48see126

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri