Icma.az
close
up
RU
“Hürriyyət” MEDİA nı məhkəməyə verir AGENTLİK JURNALİSTLƏRİN PULUNU “YEYİB”

“Hürriyyət” MEDİA nı məhkəməyə verir AGENTLİK JURNALİSTLƏRİN PULUNU “YEYİB”

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) 2026-cı ilin ilk yarısında “Hürriyyət” qəzetini və Hurriyyet.az saytını maliyyələşdirməkdən imtina edib. Təsadüfi deyil ki, 2025-ci ilin yekununda açıqlanan siyahıda istər qəzetimizin, istər də saytımızın adı maddi dəstək alan mətbu orqanların arasında yer almadı. Əlbəttə, bunun səbəbləri bizə bəllidir. Qısaca olaraq desək, məqsəd ölkədə daha bir obyektiv, sifarişlə və tezislə işləməyən medianı susdurmaqdır…

Məlumat üçün bildirək ki, “Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovun (Tofiqoğlu) qanunsuz olaraq və sifariş əsasında həbs olunmasından sonra MEDİA-nın belə bir qərar verəcəyi gözlənilən idi. Etiraf edək ki, hətta V. Məmmədov azadlıqda olduğu müddətdə də hər dəfə müsabiqənin nəticəsi elan edildikdə - istər yarım ilin, istər də ilin yekununda - maliyyələşdirilən qəzetlərin siyahısından “Hürriyyət”in adının çıxarılacağına hazır olmuşuq. Çünki qəzetimizin əməkdaşları heç bir halda agentliyin bizim üçün müəyyən etdiyi çərçivənin daxilində fəaliyyət göstərmək niyyətində olmayıb. Bu baxımdan da, bir gün adımızın siyahıdan çıxarılacağına şübhə etməmişik.

Yuxarıda da qeyd etdiyimiz kimi, bu gün də “Hürriyyət”in MEDİA-nın “qara siyahı”sına düşməsinə təəccüb etmirik. Ona görə ki, MEDİA agentliyi ilk gündən yalnız onların qarşında “əyilməyi bacaran”, “ipəyatımlı” qəzet və saytları maliyyələşdirməkdə maraqlı olub və indi də elədir. Bunun üçün 2026-cı ildə adımızın siyahıdan çıxarılmasına görə bu qurumu “asıb-kəsmək” fikrindən uzağıq. Bizi narazı salan və narahat edən ötən müddət ərzində - 2025-ci ilin ikinci yarımilinin başlanğıcında MEDİA ilə bağladığmız 6 aylıq müqavilə əsasında üzərimizə götürdüyümüz bütün öhdəlikləri yerinə yetirməyimizə baxmayaraq, bu qurumun dekabr ayı üçün redaksiyamıza ödəməli olduğu vəsaiti köçürməkdən imtina etməsidir. Hansı ki, həmin vəsait digər bütün qəzet və saytlara 2025-ci ilin sonunda, bayram tətili öncəsi ödənilib. Bu baxımdan, hesab edirik ki, MEDİA bayramdan əvvəl “Hürriyyət”in əməkdaşlarının maaşını köçürməkdən imtina etməklə, öz anlamında bizi “cəzalandırmaq” istəyib.

Əlbəttə, yenə də bütün bunları başa düşmək olar. Ən qəribəsi odur ki, Agentlik “Hürriyyət”ə çatmalı olan 8 min AZN vəsaiti “yeməsinə” heç bir rəsmi və ya qeyri-rəsmi izah vermir. Daha dəqiq desək, bu pulun nə üçün ödənilmədiyi ilə bağlı indiyədək kimsədən yazılı və ya şifahi cavab ala bilmirik. Hətta bir dəfə əməkdaşımızla danışan hansısa rəsmi şəxs ikinci dəfə eyni telefon nömrəsinə cavab vermir. Müxtəlif yollarla əlaqə saxladığımız şəxslər isə, “bu, bizim səlahiyyətimizdə deyil” deyərək, “topu” agentliyin rəhbəri Əhməd İsmayılovun üstünə atır. Ə.İsmayılovla danışmaq, onun qəbuluna düşmək isə indi çox müşkül məsələdir. Çünki adam özünü az qala bu ölkənin sahibi hesab edir.

“Hürriyyət”in kollektivi bütün bu haqsızlıqları nəzərə alaraq, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə hüquq müstəvisində mübarizə aparmağı qərara alıb. Hazırda qəzetimizin hüquqşünası müvafiq sənədləri hazırlayır və tezliklə MEDİA ilə məhkəmədə görüşək və redaksiyamıza çatmalı olan 8 min AZN-i hakim qarşısında tələb edəcəyik.

“Hürriyyət”

P.S. Yeri gəlmişkən, məhkəmədə Əhməd İsmayılova bir sualımız da olacaq. Görəsən, bayram qabağı “Hürriyyət”in əməkdaşlarının maaşını kəsməklə, özünə rahatlıq tapa bildimi?!

P.P.S. Növbəti günlərdə Ə.İsmayılovun hansı məmurun sifarişi ilə "Hürriyyət"İn pulunu kəsdiyinə də aydınlıq gətirəcəyik.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 12 Yanvar 2026 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see148

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see147

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see135

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri