Icma.az
close
up
RU
Ali Məhkəmədən qərar: əməl hansı quldurluq və soyğunçuluq hesab olunur?

Ali Məhkəmədən qərar: əməl hansı quldurluq və soyğunçuluq hesab olunur?

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Ali Məhkəmə quldurluq və soyğunçuluq cinayətləri ilə bağlı mühüm qərar verib. Belə nəticəyə gəlib ki, hadisə baş verərkən zərərçəkən şəxsin ona qarşı törədilən hərəkətdən qorxmaması həmin hərəkətin həyat və ya sağlamlıq üçün təhlükə kəsb etməməsi anlamına gəlməməlidir.

Bizimyol.info xəbər verir ki, Ali Məhkəmənin baxdığı işdə iki nəfər Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4, 181.2.5 (quldurluq) və 170.3-cü (yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə) maddələrilə ittiham olunub. İttihama əsasən, onlar iş vaxtı qapısı açıq, mülkiyyətçisi çöldə olan qızıl-zinət əşyalarının satışı mağazasına gəliblər.

Onlardan biri rezin güllə atan tapança və bıçaq, sellofan torba, tibbi maska və əlcəklə təchiz edilmiş vəziyyətdə mağazaya daxil olub. Digəri isə kənardan kimsə gəlsə, məlumat vermək üçün qapının qarşısında dayanıb.

Təqsirləndirilən şəxslərdən biri ümumi dəyəri 46 min manatdan çox qiymətləndirilən qızıl-zinət əşyalarını sellofan torbaya yığaraq mağazanı tərk eləyəndə mağaza sahibi onları görüb. Mağazanın sahibi əşyaların geri qaytarılmasına çalışıb, lakin onlar hadisə yerindən qaçıb.

Zərərçəkmiş nəqliyyat vasitəsilə onları izləyib. Təqsirləndirilən şəxslərdən biri izləndiyini görüb, əşyaları köməkçiyə verərək yollarını ayırıblar. Zərərçəkmiş əşyaların icraçıda olduğunu zənn edərək təqibi davam etdirib, iki dəfə yolunu kəsib. Hər 2 halda icraçı üzərindəki tapança ilə hədə-qorxu gələrək, hadisə yerini tərk etməyə müvəffəq olub.

Birinci instansiya məhkəməsi mağazadan qızıl-zinət əşyalarını götürməkdə ifadə olunan əməli soyğunçuluq, yolda tapança ilə edilmiş hədəni isə özünü onu təqib edəndən qurtarmaq kimi qiymətləndirib. Nəticədə əməl quldurluqdan soyğunçuluğa tövsif edib. Təqsirləndirilən şəxslərdən biri Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3, 180.2.5 və 170.3-cü maddələri ilə təqsirli bilinərək 6 il 11 ay, digəri isə 180.2.1,180.2.3 və 180.2.5-ci maddələri ilə 11 ay azadlıqdan məhrum edilib. Apellyasiya instansiyası məhkəməsi hökmü dəyişdrmədən saxlayıb.

Ali Məhkəmə isə fərqli nəticəyə gələrək qərarında yazır ki, icraçının tapança ilə edilmiş hədəsi özünü təqib edəndən qurtarmaq yox, həm də əmlakın cinayətkar qrupun digər üzvünün (deməli, həm də həmin qrupun üzvü kimi özünün) əlində saxlamaq üçün real imkan əldə etmək cəhdidir. Belə olan halda, bu hərəkət (tapança ilə hədələmə) soyğunçuluq cinayəti başa çatmayan hərəkət kimi qiymətləndirilməlidir.

Ali Məhkəmənin hakimləri hesab edir ki, soyğunçuluq cinayətinin başa çatmış olması haqqında nəticəyə gələrkən həlledici şəkildə istinad edilən fakt - ələ keçirilmiş əmlakın sonrakı gedişatda artıq təqib olunmayan köməkçidə olması əslində, araşdırılan cinayətin törədilmə hallarına görə əmlak üzərində sərəncam vermək imkanının əldə edilib-edilməməsi məsələsinin həlli baxımından mühüm əhəmiyyətli xüsusat, əməlin soyğunçuluq kimi tövsifini şərtləndirən hal kimi qiymətləndirilə bilməzdi.

Misal üçün oğurluq və yaxud soyğunçuluq edərkən aşkarlanaraq təqib olunan şəxs fürsət tapıb (təqib edən şəxsin bütöv təqib boyu onu müşahidə edə bilməməsindən istifadə edərək) ələ keçirdiyi qızıl-zinət əşyasını təqibdən qurtulduqdan sonra gəlib götürmək məqsədilə qarşısına çıxan hasarın arxasına atırsa və yaxud ağacın budaqları arasında gizlədirsə, bu halda da ələ keçirilmiş əmlak təqibin sonrakı gedişatında cinayət törətmiş şəxsin üzərində fiziki olaraq mövcud olmur. Lakin buna baxmayaraq, sonrakı gedişatda təqib edənə qarşı həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıq və ya belə zorakılıq tətbiq etmə hədəsi işlədildikdə, artıq belə hərəkət müstəsna olaraq təqibdən özünü qurtarmaq üçün deyil, təqibdən qurtulmaqla bərabər həm də əmlaka çatımlığı (quldurluqla da olsa, cinayəti başa çatdırmaq və bu yolla əmlak üzərində sərəncam vermək imkanının əldə olunmasını) təmin etmək üçün istifadə edilən davranış kimi çıxış edir.

Bu işdə də icraçı tapançadan atəş açacağı ilə zərərçəkmiş mağaza sahibini hədələyərkən qızıl-zinət əşyalarının fiziki olaraq onun üzərində olmaması işlədilən hədənin hüquqi mənasını dəyişən faktor kimi çıxış etmir.

Ali Məhkəmə zərərçəkmiş şəxsin məhkəmədə dindirilərkən icraçının onu tapança ilə hədələdikdə bundan qorxmamasını bildirməsinə diqqəti çəkərək onu qeyd edib ki, özü-özlüyündə bu hal hədənin həyat və ya sağlamlıq üçün təhlükə kəsb etməməsi barədə nəticə çıxarmaq üçün əsas vermir. Çünki, şəxsin ona qarşı yönəlmiş hərəkətdən qorxmaması, qəsdin təhlükəli olmamasından deyil, onun özünün cəsarətli, özgüvənli olması kimi keyfiyyətlərindən irəli gələ bilər. Belə hallarda da qəsdin hansı xarakterdə olması obyektiv hallara (misal üçün, silah qismində istifadə edilən əşyanın xarakteristikasına, hücumun intensivliyinə), habelə cinayət törədən şəxsin öz hərəkətlərinə subyektiv münasibətinə görə qiymətləndirilməlidir.

Qeyd edilənləri nəzərə alaraq, Ali Məhkəmə apellyasiya məhkəməsinin qərarını yeni baxışa göndərib.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 16 May 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see276

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see234

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see213

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see195

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see185

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see176

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see159

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see159

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see152

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see152

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see152

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see150

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see148

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see145

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see145

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see143

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see143

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see139

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see138

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri