Ali məktəblərdə professor müəllim heyətinin 64.5 faizi qadınlardır
Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Ali məktəblərdə professor-müəllim heyətinin 64.5 faizi qadınlardır. Amma rəhbər vəzifələrdə onların sayı 43 faizdir. Bu bizi narahat edir".
Qaynarinfo xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov Milli Məclisdə bu gün keçirilən "Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər və perspektivlər” mövzusunda ictimai dinləmədə deyib.
O qeyd edib ki, orta-ixtisas müəssisələrində isə vəziyyət daha müsbətdir: "Burada müəllim heyətinin 81.2 faizi, rəhbər heyətin isə 63.9 faizi qadınlardır. 2025-ci ilin məlumatlarına qadın tədqiqatçıların sayı 50.2 faizdir. Dünyada bu rəqəm 41 faizdir. Bizdə daha yaxşıdır. Amma bu sahədə də rəhbər vəzifələrdə göstəricilər yenə azdır.
Qanunvericilikdə cinsə görə ayrı-seçkilik anlayışının dəqiq müəyyən edilməsi və hüquqların müdafiəsi mexanizmi natamamdır. Yaxşı olar ki, müvafiq məcəllə və təhsil haqqında qanuna beynəlxalq standartlara uyğun dəyişikliklər edilsin.
Əsas hüquqi maneələr məsuliyyətlə bağlıdır. Burada müəyyən boşluqlar var. Təhsil münasibətlərində cinsə görə ayrı-seçkilik müstəqil hüquq pozuntusu kimi ayrıca nəzərdə tutulmayıb. Həmçinin, tədqiqatlar göstərir ki, təbiət və ictimai elmlər üzrə məktəb dərsliklərində gender stereotipləri hələ də mövcuddur”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 04 Mart 2026 17:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















