Icma.az
close
up
RU
YAP: Milli birliyin və siyasi sabitliyin təməli

YAP: Milli birliyin və siyasi sabitliyin təməli

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının yaradılmasından 33 il keçir. 33 il zaman baxımından böyük dövr olmasa da, uğurlarla zəngin bir mərhələdir. Yeni Azərbaycan Partiyası yaradılanda əsas devizi “Yeni, müstəqil Azərbaycan uğrunda!” idi. Partiya bu deviz əsasında uğurlu fəaliyyətini davam etdirərək Azərbaycanın daha da qüdrətlənməsinə, xalqımızın rifah halının yaxşılaşmasına öz töhfəsini verdi. 2020-ci ildə Azərbaycanın tarixi Zəfərə imza atması bütün sahələrdə, o cümlədən Yeni Azərbaycan Partiyasının fəaliyyətində yeniliklərə, təmilləşməyə yol açdı. Tarixi Zəfərimizə qədər keçilən yol, bu illər ərzində ölkəmizin bütün sahələrdə qazandığı uğurlar, təcrübə şanlı Zəfərimizi şərtləndirən əsas amillər oldu. Eyni zamanda, xalqımızın yenilməzliyi, məğrurluğu, gənclərin milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunması tarixi Zəfərə gedən yolu addım-addım yaxınlaşdırdı. Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi ədaləti bərpa edib 30 ilin işğalına son qoymaqla yeni çağırışları ilə dünyanın diqqətində oldu. Azərbaycan həqiqətlərinin təbliğində Yeni Azərbaycan Partiyasının öz payı vardır. YAP ölkənin həyatında mühüm hadisə olan seçkilərə qatılarkən daim həmin dövrün tələbinə uyğun olaraq çağırışlarını səsləndirməklə yanaşı, ötən dövrün ən möhtəşəm uğurlarını önə çəkir. Onların fonunda qarşıdakı dövrdə görüləcək işlər açıqlanır. Bütün hallarda ərazi bütövlüyümüzün bərpa, torpaqlarımızın işğaldan azad edilməsi prioritet məsələ idi. Artıq son beş ildə bu istiqamətlər yenilənib, ölkəmizin həyatında yeni mərhələ başlayıb.Tarixi Zəfərimizin reallıqları fonunda 5 mart 2021-ci il tarixində VII Qurultayını keçirən Yeni Azərbaycan Partiyası qəbul etdiyi yeni qərarları, həmçinin partiyanın Sədri İlham Əliyevin tapşırıqlarına uyğun olaraq hazırlanan və həmin ilin sonunda təsdiqlənən yeni Proqramı ilə qarşısına qoyduğu vəzifələri, hədəfləri təqdim etdi. Artıq “Yeni, müstəqil Azərbaycan uğrunda” çağırıını “Biz birlikdə güclüyük!” devizi əvəzlədi. Bu deviz özündə bütün məqamları ehtiva edir.Dövlət başçısı, YAP Sədri İlham Əliyevin partiyanın VII Qurultayında, həmçinin partiyanın yaradılmasının 30 illik yubileyi münasibətilə keçirilən tədbirdəki çıxışında səsləndirdiyi hər bir fikir ölkəmizin, partiyanın gələcəyinə xidmət edən mühüm məqamları əks etdirdi. Belə ki, VII Qurultayda “O dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi” çağırışının davamı olaraq partiyanın yaradılmasının 30 illiyi münasibətilə tədbirdəki çıxışında cənab İlham Əliyev bildirdi ki, Azərbaycan dövləti Ulu Öndərin bizə etdiyi vəsiyyət əsasında milli-mənəvi dəyərlər üzərində qurulur, inkişaf edir. Azərbaycan dəyərləri bizim üçün əsas dəyərlərdir. Biz hamımız bunun şahidiyik ki, gənc nəsil də milli ruhda böyüyür, milli ənənələrə, azərbaycançılıq ideyalarına sadiqdir.Günümüzün reallıqları 1992-ci ildə partiyanın yaradılması ilə bağlı “91-lər”in müraciətində, həmçinin müraciətə dahi şəxsiyyətin cavabında əksini tapan hədəflərin gerçəkliyə çevrildiyini təsdiqləyir. “91-lər”in müraciəti əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Belə bir inam ifadə olunmuşdir ki, Azərbaycanı düşdüyü ağır vəziyyətdən xilas edən yalnız Ümummilli Lider Heydər Əliyev ola bilər. Elə də oldu. Partiya yaranmasından cəmi 7 ay sonra iqtidar partiyasına çevrildi. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev düşünülmüş və məqsədyönlü siyasəti ilə həm Azərbaycanın, həm də Yeni Azərbaycan Partiyasının qarşısında yeni imkanlar açdı. Bugünkü reallıqlar həmin illərdə ifadə olunan əminliklərin təqdimatıdır. Ümummilli Lider partiyanın gələcəyinə böyük inamını ifadə edərək YAP-ı dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirmişdir.Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrildi, milyonların sevgisini qazandı. Təsis konfranını 550 nümayəndənin iştirakı ilə keçirən Yeni Azərbaycan Partiyasının hazırda sıralarında 750 mindən artıq üzvün birləşməsi Heydər Əliyev ideyalarına sədaqətin, Prezident İlham Əliyevin siyasətinə inamın göstəricisidir. Prezident İlham Əliyev hər zaman belə bir çağırışı səsləndirir ki, ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Yeni Azərbaycan Partiyası dövlət və cəmiyyətin inkişafı naminə sağlam əməkdaşlıq mühiti daim təşviq edir. Açıq və etibarlı münasibətlərin bərqərar olunmasına xidmət edən islahatlar formalaşan yeni siyasi konfiqurasiyanın tərkib hissəsidir. İqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində inkişaf etdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətini xarakterizə edən əsas göstəricilərdən biridir.33 ilin uğurlarını bir yazıda əhatə etmək mümkünsüzdür. Bu illər ərzində atılan addımlar, əldə olunan uğurlu nəticələr gələcək üçün stimuldur. Prezident İlham Əliyevin çağırışları real həyatda öz təsdiqini tapır. Azərbaycan daim irəli baxır, yeni hədəflərin gerçəkliyə çevrilməsinə səy göstərir. Tarixi Zəfərimizin, suverenliyimizin bərpasının yaratdığı reallıqlar ölkəmizin, həmçinin Yeni Azərbaycan Partiyasının qarşısında yeni üfüqlər açır.

Samir Qocayev
YAP Goranboy rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:186
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Noyabr 2025 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri