Icma.az
close
up
RU
Güclü birliyin təməli!

Güclü birliyin təməli!

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Azərbaycanda ictimai və dövlət maraqları uzlaşır...

Beynəlxalq münasibətlər sistemində hər bir ölkənin öz yerini və rolunu müəyyən etməsi üçün bir sıra şərtlər var. Bunlardan biri də həmin ölkədə ictimai və dövlət maraqların qorunmasıdır. Çünki hər iki maraqlar qorunmadan hansısa inkişafdan danışmaq mümkün deyil. Bu baxımdan, inkişaf etmiş ölkələrdə ictimai və dövlət maraqlarının müdafiəsi  daim öz aktuallığını  saxlayır.

Əminliklə qeyd edə bilərik ki, ölkəmizdə vətəndaş cəmiyyəti ilə dövlət maraqlarının uzlaşması həm güclü cəmiyyətin, həm də güclü dövlətin qurulmasında əsas bünövrə olub. Bu istiqamətdə keçirilən uğurlu siyasətin nəticəsi olaraq Azərbaycanda müxtəlif dünyagörüşü, siyasi görüşünə baxmayaraq vətəndaşların dövlət maraqları baxımdan  çox ciddi həmrəylik və birlik formalaşıb. Yürüdülən siyasət nəticəsində dövlət və ictimai maraqların uzlaşdırılması, cəmiyyətin möhkəm birliyinə nail olunub.

Koordinasiyalı şəkildə vacib addımlar atılır

Mövzuya dair fikirlərini “Yeni Azərbaycan”la bölüşən millət vəkili İlham Məmmədov bildirib ki, ölkə başçısının rəhbərliyi ilə müstəqil, milli maraqlara söykənən siyasət qurulub: “Azərbaycan dövlətinin hər zaman yürüdülən siyasətinin mərkəzində milli maraqlar durur. Prezidentin rəhbərliyi ilə dövlət maraqlarının qorunması istiqamətində mühüm addımlar atılıb. Beynəlxalq müstəvidə Azərbaycanın dövlət maraqlarının, milli maraqlarının qorunması istiqamətində sistemli siyasət yürüdülür, koordinasiyalı şəkildə vacib addımlar atılır.

Müasir dövrümüzdə güclü ölkə olmağın yolu, onun inkişafı ictimai və dövlət maraqlarının müdafiəsindən keçir. Hansı ölkədə ictimai və milli dövlətçilik maraqları uzlaşdırılmırsa, həmin ölkələr, cəmiyyətlərdə çox ciddi parçalanmalar yaşanır. Günümüzdə belə halların çox şahidi oluruq. Ölkəmizdə ictimai və dövlət maraqlarına diqqətin nəticəsidir ki, Azərbaycan davamlı olaraq uğurlara, qələbələrə imza atır”.

Dövlət maraqları müdafiə olunmadan...

İ.Məmmədov qeyd edib ki, dövlət maraqlarının qorunması və bu maraqların ictimaiyyət arasında təbliği çox vacib məsələ və əsas vəzifələrdən biridir: “İctimai və dövlət maraqlarının qorunmasında, təhlükəsizliyin müdafiəsində vətəndaşlarımızın maariflənməsi ən önəmli şərtlərdəndir. Çünki hər birimizin həyatında, fəaliyyətində dövlət maraqlarının müdafiəsi üstünlük təşkil etməlidir. Hər bir vətəndaş siyasi mövqeyindən asılı olmayaraq, Azərbaycan dövlətinin maraqlarını qorumalıdır. Bu, həm də ona görə vacibdir ki, dövlət maraqları müdafiə olunmadan ictimai maraqları qorumaq mümkün olmaz. Məhz aparılan təbliğatın nəticəsidir ki, Azərbaycan xalqı, ictimaiyyəti mənəviyyata, mənəvi dəyərlərə, dövlətə, onun atributlarına, simvollarına böyük sayğı göstərir. Dövlətimizin maraqlarına zidd olan, onun təhlükəsizliyini pozmağa yönələn, müstəqilliyinə qəsd etmək istəyən qüvvələrə qarşı Azərbaycan xalqı, ictimaiyyəti hər zaman mübarizə aparıb, bundan sonra da aparacaq. Bizim üçün dövlət maraqlarının müdafiəsi vacibdir və bu, ictimai maraqlarımızın yaşaması deməkdir. Bütün bunlara görə də vətəndaş cəmiyyəti ilə dövlət arasında əsas körpü rolunu oynayan medianın üzərinə böyük vəzifə düşür”.

Üzərimizə düşən vəzifəni icra etməliyik!

Deputatın sözlərinə görə, bəzən cəmiyyətdə yanlış olaraq belə anlaşılır ki, ictimai və dövlət maraqlarının qorunması yalnız dövlətin vəzifəsidir: “Bu, kökündən yanlış yanaşmadır. Ona görə vətəndaşların üzərinə bilavasitə mühüm vəzifələr düşür. Onlar dövlət, eləcə də ictimai maraqların qorunmasında fəal iştirak etməlidirlər, fəallıq olmadan normal cəmiyyət qura bilmərik. Vətəndaşlar ictimai və dövlət maraqlarının qorunmasında aktivlik göstərməli, dövlətin yanında olmalı, bu maraqların ən güclü müdafiəçilərinə çevrilməlidirlər. Çünki Azərbaycanın daxili və xarici siyasətində ictimai və dövlət maraqlarının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu, həm də təhlükəsizliyimizin qorunması və təmin edilməsi baxımından xüsusi önəm və əhəmiyyət daşıyır.

Azərbaycan cəmiyyəti olaraq, bütövlükdə, hər birimiz bir vətəndaş kimi Azərbaycanın daha güclü, qüdrətli, dünyanın inkişaf etmiş ölkəsinə çevrilməsi istiqamətində  ictimai və dövlət maraqlarının təmin olunması üçün üzərimizə düşən vəzifəni icra etməliyik”.

Yeganə

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanmışdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 23 İyul 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see367

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see278

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see234

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see217

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see216

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see209

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see200

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see196

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see192

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see187

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see180

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see175

Rusiyada Wildberries in neçə obyektinə ZƏRBƏ ENDİRİLİB? FOTO/VİDEO

16 Avqust 2026 15:26see170

Serbiyada Dunay çayında suyun səviyyəsi son 100 150 ilin minimumuna düşüb

16 Avqust 2026 07:56see160

12 il əvvəl də belə olmuşdu

16 Avqust 2026 12:52see157

Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq İsmayıl Kartal

16 Avqust 2026 12:19see157

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see156

Azərbaycanda general vəfat etdi FOTO

16 Avqust 2026 12:16see155

Psixoloqlar açıqladı: Tətili gözəl keçirmək istəyirsinizsə...

16 Avqust 2026 23:01see151

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

17 Avqust 2026 01:12see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri