Icma.az
close
up
RU
Ali təhsil müəssisələrində III qrup ixtisaslar üzrə plan yerlərinin sayı açıqlanıb

Ali təhsil müəssisələrində III qrup ixtisaslar üzrə plan yerlərinin sayı açıqlanıb

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 13 avqust, AZƏRTAC

2025/2026-cı tədris ili üçün respublika ali təhsil müəssisələrində III ixtisas qrupunda Azərbaycan və rus bölmələri, hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı və dövlət sifarişi üzrə yerlərin sayı təqdim edilib.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin III ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 11 min 863, rus bölməsi üzrə 1520 plan yeri nəzərdə tutulur. Hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 2200 yer olmaqla, III ixtisas qrupu üzrə ümumilikdə 15 min 583 yer ayrılıb. Bu yerlərdən 4163-nə qəbul dövlət sifarişi əsasında aparılır.

III ixtisas qrupundakı plan yerlərinin altqruplar üzrə paylanmasına gəldikdə isə DT altqrupunda ümumilikdə 13 min 558 plan yeri (o cümlədən Azərbaycan bölməsində 10 min 538, rus bölməsində 1245, hər iki bölmənin birgə müsabiqəsi üzrə 1775) var. DT altqrupunda dövlət sifarişi əsasında 3953 plan yeri var.

TC altqrupu üzrə ümumilikdə 2025 plan yeri (o cümlədən Azərbaycan bölməsində 1325, rus bölməsində 275, hər iki bölmənin birgə müsabiqəsi üzrə 425) mövcuddur. TC altqrupunda dövlət sifarişi əsasında 210 plan yeri ayrılıb.

Qeyd edək ki, filologiya ixtisası üçün dövlət sifarişi üzrə ayrılmış 30 yerin müsabiqəsində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul üçün sənəd vermiş abituriyentlər də iştirak edirlər.

Dövlət sifarişi üzrə ayrılmış yerlərin müsabiqəsində Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstituta qəbul üçün sənəd vermiş abituriyentlər də iştirak edirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Avqust 2025 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri