Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

Ali təhsildə dönüş nöqtəsi: Qazıxtanla Azərbaycan arasında tarixi anlaşma

Ali təhsildə dönüş nöqtəsi: Qazıxtanla Azərbaycan arasında tarixi anlaşma

Bakupost saytına istinadən Icma.az xəbər verir.


Türk dilli dövlətlər arasında bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də əlaqələr durmadan inkişaf edir.

Bakupost.az xəbər verir ki, son illər Azərbaycanla Qazaxıstan arasında təhsil sahəsi üzrə əməkdaşlıq xüsusi diqqət çəkir.

Bu fonda aprelin 6-da Almatı şəhərində keçirilən Qazaxıstan və Azərbaycan ali təhsil müəssisələrinin II Rektorlar Forumu da mühüm əhəmiyyət daşıyır.


Forumun rəsmi açılışında Azərbaycan elm və təhsil naziri Emin Əmrullayev və Qazaxıstanlı həmkarı Sayasat Nurbek arasında universitet rəhbərlərinin və aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Tərəflər ali təhsil sahəsində dövlətlərarası əməkdaşlığın inkişafı, o cümlədən akademik mobillik, birgə təhsil proqramları, tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı cari məsələləri müzakirə ediblər.

Hər iki nazir çıxışlarında forum çərçivəsində imzalanacaq yeni anlaşmaların tərəfdaşlığı daha da gücləndirəcəyinə, tələbə və müəllimlər üçün yeni imkanlar yaradacağına inam ifadə ediblər.

Onu da qeyd edək ki, Forum çərçivəsində Azərbaycanın 18 universiteti ilə Qazaxıstanın 29 universiteti arasında 65 yeni memorandum imzalanıb. Habelə, tələbə mübadiləsinin genişləndirilməsi də nəzərdə tutulub. Xatırladaq ki, 2025-ci ilin məlumatına görə, Qazaxıstanın 58 universitetində 346 Azərbaycan vətəndaşı və Azərbaycan universitetlərində 180 Qazaxıstan vətəndaşı oxuyur.

Həmin gün həmçinin Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi də baş tutub.


Bu sərgi iki ölkə arasında təhsil və elm sahələrində strateji tərəfdaşlığın gücləndirilməsi, tələbələr, eləcə də gənc mütəxəssislərin Azərbaycanda təhsil almaq imkanları barədə məlumatlandırılması məqsədi daşıyır. Sərgidə Azərbaycanın 25-ə yaxın aparıcı universiteti təmsil olunub.


Sərgidə ölkəmizə təmsil edən universitetlərdən biri də Bakı Dövlət Universiteti olub. BDU sərgidə xüsusi stendlə iştirak edərək öz təhsil proqramlarını, elmi fəaliyyət istiqamətlərini və beynəlxalq əməkdaşlıq imkanlarını ziyarətçilərə təqdim edib. Sərgidə Universitetin stendinə böyük maraq müşahidə olunub. Abituriyentlər və digər iştirakçılar BDU-da təhsil alma imkanları ilə bağlı suallar ünvanlayaraq, qəbul prosedurları və gələcək karyera perspektivləri barədə məlumat alıblar. Azərbaycan Texniki Universiteti (AzTU) də sərgidə öz nailiyyətlərilə təmsil olunub.


Eyni zamanda, AzTU ilə Qazaxıstanın L.B.Qonçarov adına Qazax Avtomobil və Yol İnstitutu, Ş.Y. Yesenov adına Xəzər Dövlət Texnologiya və Mühəndislik Universiteti, Karaqanda Dövlət Texniki Universiteti, META Universiteti, Rudnıy Sənaye İnstitutu, Qorqud Ata Dövlət Qızılorda Universiteti, Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti, Atırau Neft və Qaz Universiteti, Serikbayev adına Şərqi Qazaxıstan Texniki Universiteti arasında memorandum imzalanıb. Məqsəd akademik mübadilə, elmi əməkdaşlıq və birgə təhsil proqramlarının inkişaf etdirilməsidir.


Sərgi çərçivəsində abituriyent və tələbələr Azərbaycandakı ali təhsil proqramları, akademik imkanlar və elmi nailiyyətlər haqqında məlumat əldə edə bilərlər. Sərgidə həmçinin qrantlar, akademik mobillik, ikili diplom proqramları və qəbul tələbləri ilə bağlı ətraflı məlumatlar verilir. Tanışlıq çərçivəsində mərkəzin müasir laboratoriyalarına da baxış keçirilib.


Xatırladaq ki, 2025-ci ildə Bakıda "Study in Kazakhstan" sərgisi təşkil edilib.

Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində aprelin 7-də Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universitetini ziyarət edərək universitetin rəhbər heyəti ilə də görüşüb. Tərəflər arasında ali təhsil və tədqiqat sahəsində birgə təşəbbüslərin həyata keçirilməsi imkanları müzakirə olunub, o cümlədən universitetin maddi-texniki bazası ilə tanışlıq keçirilib. Daha sonra Əmrullayev Qazaxıstanda təhsil alan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri ilə görüşüb.


Bu səfər Azərbaycanla Qazaxıstan universitetləri arasında əlaqələrin genişlənməsi baxımından da faydalı olub. Belə ki, Qarabağ Universiteti ilə dünya universitetləri reytinqində 166-cı yeri tutan Əl-Farabi adına Qazax Milli Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Bu memorandum qarşılıqlı faydalı əməkdaşlığa böyük töhfə verəcək.


Forum çərçivəsində universitetlər arasında əməkdaşlıq sənədlərinin imzalanması mərasimi keçirilib. BDU Qazax Milli Qadın Pedaqoji Universiteti və Ablay xan adına Qazaxıstan Beynəlxalq Münasibətlər və Dünya Dilləri Universiteti ilə anlaşma memorandumu, həmçinin Abay adına Qazax Milli Pedaqoji Universiteti və Atırau Neft və Qaz Universiteti ilə ikili diplom proqramlarının həyata keçirilməsini nəzərdə tutan niyyət protokolları imzalayıb. İmzalanan sənədlər əsasən ikili diplom proqramlarının təşkili, birgə elmi fəaliyyət və akademik mübadilənin genişləndirilməsini əhatə edir.


Tədbirdə təmsil olunan Azərbaycan universitetlərindən biri də Azərbaycan Dövlət İqtisad Universiteti olub. Onunla Qazaxıstanın bir sıra universitetləri arasında əməkdaşlıq müqavilələri imzalanıb.

Eyni zamanda, Bakı Ali Neft Məktəbi (BANM) ilə Qazaxıstanın 4 universiteti arasında Anlaşma Memorandumu imzalanıb.

Bakı Ali Neft Məktəbi ilə Qazaxıstanın Mukhametzhan Tynyshbayev adına ALT Universiteti, Almatı Texnoloji Universiteti, K.I. Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti və Ş. Yessenov adına Xəzər Texnologiya və Mühəndislik Universiteti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Bakı Ali Neft Məktəbi də “Study in Azerbaijan” beynəlxalq təhsil sərgisində öz stendi ilə təmsil olunub.

Azərbaycan ali təhsil müəssisələri rəhbərlərinin Qazaxıstana edilən bu səfəri və imzalanan sənədlər hər iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq və əlaqələrin inkişafına birmənalı şəkildə böyük töhfə verəcək. Sözügedən tədbirlər həmçinin Azərbaycan universitetlərinin beynəlxalq miqyasda tanınmasında mühüm rol oynayacaq, beynəlxalq əlaqələrin daha da artmasına stimul verəcək. Digər tərəfdən, Qazaxıstanda baş tutan bu görüşlər xarici tələbələrin təhsil almaq üçün ölkəmizə marağının artması baxımından da mühüm addım olacaq.

Rüfət Sultan, BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 08 Aprel 2026 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see300

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see268

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see267

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see249

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see242

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see229

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see225

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see224

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see216

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see213

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see212

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see203

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see196

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see188

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see184

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see184

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see175

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see174

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see174

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

10 Noyabr 2026 05:25see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri