Icma.az
close
up
RU
Ali təhsildə “qısalma” gündəmi: Bakalavr 3, magistr 1 il olacaq? KONKRET

Ali təhsildə “qısalma” gündəmi: Bakalavr 3, magistr 1 il olacaq? KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Bakalavr təhsilinin 3, magistr təhsilinin isə 1 ilə endirilməsinin müzakirə olunduğu haqqında məlumat oxudum. Təhsilin gələcəyi və gələcəyin təhsili baxımından bu mövzunu kifayət qədər əhəmiyyətli və zəruri hesab edirəm. Eyni zamanda, inanıram ki, yalnız təhsil müddətinin azaldılması ilə təhsilin “sıçrayışlı” inkişaf etməyəcəyini və təhsildə “hər şeyin düzəlməyəcəyini” hamı qəbul edir*.

KONKRET.az xəbər verir ki, bununla bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov özünün Facebook hesabında paylaşım edib.

Rektor mövzuya aidiyyəti olduğunu nəzərə alaraq oxuduğu bir məlumatı da bölüşüb:

“Söhbət doktorantura təhsilinin müddətinin azaldılmasından gedir. Norveç Biznes Məktəbinin professoru Adrian Furnham hesab edir ki, eksperimental elmlər üzrə PhD proqramını 15–18 ay ərzində uğurla başa çatdırmaq mümkündür. Onun fikrincə, doktoranturanın məqsədi uzun illər davam edən tədqiqat deyil, müstəqil elmi araşdırma aparmaq bacarığını nümayiş etdirməkdir. Müəllif doktorantların ilk semestrlərdən etibarən elmi rəhbərlə birlikdə real tədqiqatlara qoşulmasını, məlumat toplamasını, təhlil aparmasını və nəticələri nüfuzlu elmi jurnallarda dərc etdirməsini tövsiyə edir. O, hesab edir ki, nəşr olunmuş elmi məqalələr uğurlu PhD-nin ən etibarlı göstəricisidir.

Professor onun fikrinə qarşı səslənən üç əsas etiraza da cavab verir:

Bu yanaşmanın yalnız psixologiyada mümkün olması fikrini qəbul etmir;

Doktorantların tədqiqatçı kimi işləməsini istismar deyil, ən effektiv öyrənmə üsulu hesab edir;

PhD-nin əsas məqsədinin böyük həcmli əsər yazmaq deyil, tədqiqat səriştəsini sübut etmək olduğunu vurğulayır.

Beləliklə, A.Furnham əmindir ki, PhD-nin keyfiyyəti onun neçə il davam etməsi ilə deyil, doktorantın qazandığı tədqiqat bacarıqları və ortaya qoyduğu elmi nəticələrlə ölçülməlidir. Başqa sözlə, PhD tədqiqat aparmaq bacarığını təsdiqləyən bir sertifikatdır. Düşünməyə dəyər.

“Bütün hallarda, bu kimi aktual məsələlərin müzakirə predmetinə çevrilməsi çox faydalıdır. Əyrini daha təkmil etməyə çalışmağa dəyməz. Həqiqət odur ki, təhsilin gələcəyi və eləcə də gələcəyin təhsilini necə görürük sualı cavabını gözləyir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://konkret.az
archiveBu xəbər 13 Sentyabr 2026 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see321

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see289

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see288

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see286

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see276

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see260

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see253

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see241

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see239

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see235

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see235

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see232

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see217

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see216

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see216

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see214

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see211

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see207

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see193

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri