Icma.az
close
up
RU
Alıcısı çox, gəliri yüksək olan “Naxçıvan göyçəsi” Babək rayonunun Zeynəddin kəndindən REPORTAJ

Alıcısı çox, gəliri yüksək olan “Naxçıvan göyçəsi” Babək rayonunun Zeynəddin kəndindən REPORTAJ

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Naxçıvan, 17 may, Nail Əsgərov, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında alçanın məşhur “Naxçıvan göyçəsi” sortunun yığımı davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda hər bir Naxçıvan sakininin süfrəsini bu məhsul bəzəyir. Muxtar Respublikada yetişən meyvələrin tacı olan “Naxçıvan göyçəsi”nin tarixi isə qədim dövrlərə təsadüf edir. Belə ki, iriliyinə, dadına və digər xüsusiyyətlərinə görə fərqlənən bu məhsulu Naxçıvandan olan bağbanlar VII əsrdə yetişdirməyə başlayıblar. Hazırda isə Naxçıvanda demək olar ki, bütün həyət və təsərrüfatlarda bu bitkiyə rast gəlinir.

“Naxçıvan göyçəsi”nin yetişdirildiyi yerlərdən biri də Muxtar Respublikanın Babək rayonunun Zeynəddin kəndidir. Bu kənddə alça yetişdirməklə məşğul olanlar kifayət qədərdir. Onlardan biri də Quliyevlər ailəsidir. Ailənin başçısı Rövşən Quliyev deyir ki, bol və keyfiyyətli məhsul əldə etmək üçün bir sıra qaydalara əməl olunmalıdır. İlk növbədə alça bağı salınan ərazi dərindən şumlanmalıdır. "“Naxçıvan göyçəsi”ni əldə etmək üçün, əsasən, digər alça, eləcə də almaxara ağaclarına calaq vurulur. Təcrübəyə əsasən demək olar ki, calaq vurulan ağaclar bol bar verir, kökaltı hissələri yaxşı inkişaf etdiyindən gec quruyur, xəstəliklərə davamlı olur. Dədə-babalarımız deyərdi ki, calaq arpa biçini zamanı edilməlidir. Calaq vurulduqdan iki, yaxud üç il sonra ağac bar verməyə başlayır. Bu bitki çınqıllı, daşlı və həddindən artıq gilli torpağı sevmir. Əgər belə torpaqda “Naxçıvan göyçəsi”ni yetişdirmək fikrindəsənsə, mütləq calaq etməlisən. Unutmaq olmaz ki, bol, keyfiyyətli məhsul verməsi üçün alça ağacı qüvvətli və yumşaq torpaqda əkilməlidir", - deyə o vurğulayır.

Təsərrüfatçı bildirir ki, bütün bitkilər kimi, alça ağacına da aqrotexniki qaydalara uyğun olaraq qulluq göstərilməlidir. Ağac cavan dövründə çox budanmalıdır ki, meyvə hasil olanadək istənilən formanı alsın. Əks halda məhsul az ola bilər: "“Naxçıvan göyçəsi” əkildikdən sonra iki il ərzində sürətlə böyüyür, üçüncü il məhsul verir. Sonrakı illərdə məhsuldarlıq artır. Bar verən ağacların kökləri torpağın üst qatlarını tamamilə tutduğu üçün həmin qat qüvvədən düşə, məhsul az ola bilər. Bunun qarşısını almaqdan ötrü ağaclara payızda müvafiq miqdarda fosfor və kalium gübrələrinin verilməsi vacibdir. Bundan başqa, bol məhsul əldə etmək üçün "“Naxçıvan göyçəsi”ni tez-tez suvarmaq lazımdır. Ağaca verilən suyun da məhsula bilavasitə təsiri var. Şirin su ilə suvarılan ağacın meyvəsi ilə şor su verilən ağacın meyvəsi arasında, əlbəttə ki, fərq olacaq".

Bağbanın sözlərinə görə, zərərvericilər yağntıların çox olduğu vaxtlarda ağacları daha tez məhv edə bilər. Buna görə də bu bitkiləri erkən yazda dərmanlamaq lazımdır: “Ağacları çiçəkləmə vaxtında dərmanlamaq olmaz. Həmçinin ağacın məhsul verməsinə bir ay qalmış dərmanlama dayandırılır ki, kimyəvi tərkib meyvəyə təsir göstərməsin. Bütün ağaclar kimi, “Naxçıvan göyçəsi”nin də mineral maddələrə və üzvi gübrələrə ehtiyacı var. Lakin ağaca gübrə verilən zaman diqqətli olmaq lazımdır”, - deyə R. Quliyev vurğulayır.

Ailənin ağbirçəyi Bülbül Quliyeva isə deyir ki, “Naxçıvan göyçəsi”nin şirəsi və mürəbbəsi də dadlı olur: “Hər il qışa azuqə hazırlayan zaman bunu mütləq nəzərə alırıq. Təkcə yaz-yay aylarında deyil, payız və qışda da süfrəmizdən “Naxçıvan göyçəsi” əskik olmur”.

Qeyd edək ki, mövsüm zamanı “Naxçıvan göyçəsi”nin alıcısı çox olur, bu məhsul təsərrüfat sahiblərinə yüksək gəlir gətirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 May 2025 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see211

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see170

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see157

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see151

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see137

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see136

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see135

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see134

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri