Alim Qasımov Kəmaləddin Heydərovun bəstələrini ifa edəcək
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Nəğməkar şair Baba Vəziroğlu yeni mahnılar üzərində işləyir. Sözləri şairə məxsus olan mahnıların musiqisi fövqəladə hallar naziri, bəstəkar Kəmaləddin Heydərova aiddir.
Milli.Az xəbər verir ki, Baba Vəziroğlu Qaynarinfo-ya açıqlamasında bu dəfəki layihələr Alim Qasımov ilə həyata keçiriləcəyini bildirib:
"Bu mahnılar məhz Alim Qasımov üçün yazılıb. O, mənim sözlərimə yazılmış mahnılara dəfələrlə müraciət edib. Lakin bu dəfə Kəmaləddin Heydərovun bəstəsi olan əsərləri ifa edəcək".
Şair qeyd edib ki, sözügedən mahnılar yaxın günlərdə tamaşaçıların ixtiyarına veriləcək.
Qeyd edək ki, Xalq artisti, xanəndə Alim Qasımov bundan əvvəl bəstəkar Kəmaləddin Heydərov və Baba Vəziroğluna məxsus "İlahi" layihəsini təqdim edib.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 17 Mart 2026 20:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















