Icma.az
close
up
RU
Alim Qasımovun villasının real qiyməti bilindi Görün hansı məşhurla qonşu imiş

Alim Qasımovun villasının real qiyməti bilindi Görün hansı məşhurla qonşu imiş

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Son günlər xalq artisti Alim Qasımovun maliyyə çətinlikləri ilə üzləşdiyi və bu səbəbdən Bakının ən prestejli məhləsində (“Vorovski” deyilən ərazi-red.) yerləşən villasını satışa çıxardığı iddiaları gündəmi zəbt edib. 12 sot torpaq sahəsində yerləşən və bazar qiyməti 5 milyon manat olduğu deyilən bu daşınmaz əmlakla bağlı yayılan məlumatlar ictimaiyyətdə suallar doğurub. Məsələni daha da maraqlı edən isə Alim Qasımovun müxtəlif media qurumlarına verdiyi ziddiyyətli açıqlamalardır.

Görəsən, bu villa həqiqətən də 5 milyon manat dəyərindədir, yoxsa qiymət şişirdilib?

Globalinfo.az-a danışan əmlak eksperti Mülkədar Rüstəmov deyib ki, adıçəkilən ərazidə torpaq sahələri bahadır.

O, qiymətin real olduğunu vurğulayıb:

“Alim Qasımovun satışa çıxardığı ev “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun yaşadığı məhəlləyə yaxın bir ərazidir. Deyildiyi qədər var, qiymətlər elədir. Çünki həmin ərazidə torpaq sahələri olduqca bahadır. Məsələn, orada torpaqlar 150 mindən başlayır, 250-300 minə qədər təklif olunur. Ora kifayət qədər yaxşı və prestijli bir məhəllədir. Bu səbəbdən də qiymətlər yüksəkdir. Xalq artistinin evi 12 sot torpaq sahəsində yerləşir. Üç mərtəbəlidir, üstəlik mansard da var. Evin fasadı aqlay daşı ilə işlənib, həyətində yeni işlər görülüb. Evin içi isə fərqlidir, daha müasir və zəngin görünür. Yəni deyildiyi qədər dəyəri var, razıyam. Ola bilər ki, ev 5 milyon olmasın, amma 3.5-4 milyon arası real və halal bazar qiyməti var”.

Müsahibimiz 5 milyon manatın sadəcə start qiyməti olduğunu deyib:

“Yəni bu, ilkin təklifdir. Təbii ki, bir alıcı çıxanda bu qiymətə müəyyən düzəlişlər ediləcək. Bahalı evlərdə endirimlər də daha böyük olur. Yəni burada 3-5 min yox, bəzən 100 min, 200 min, hətta 500 min manata qədər endirim etmək mümkündür. Bu, alıcı ilə satıcı arasında razılaşmadan, evdə nələrin qalacağından və digər şərtlərdən asılıdır. Qeyd edim ki, 12 sot torpaq sahəsi az deyil, geniş və əlverişli ərazidir. Evin görünüşü də təsiredicidir. Həm böyüklüyünə, həm də dizaynına görə “zəhmi” var, öz sözünü deyir. Əsas məsələ isə evi qiymətli edən onun yerləşdiyi yer və məhəlləsidir. Bunu unutmaq olmaz. Bəzən elə küçələr, elə ərazilər var ki, sadəcə yerləşməsinə görə belə qiymətə təsir göstərir. Məsələn, Xocasən kimi bir yerdə əvvəllər torpağın sotu 10 min idi, evlər isə 50-60 min aralığında satılırdı. Lakin ora metro stansiyası açıldıqdan sonra torpaq sahələrinin və evlərin qiymətində ciddi artım oldu. Bəzilərində 15-20 min, bəzilərində isə 3-5 min manat civarında artım müşahidə edildi”.

Mülkədar Rüstəmov

M.Rüstəmov “Vorovski”nin tam fərqli ərazi olduğunu bildirib:

“Küçə prestijli, ətrafında bütün logistika və infrastruktur mövcuddur. Xüsusi villalar yerləşir, tanınmış şəxslər burada yaşayır. Məsələn, “London məhəlləsi” deyilən bir yer var ki, buradakı küçələrin adı, statusu, ətraf mühiti fərqlidir. Bu səbəbdən belə ərazilərdə evlər bazar dəyərindən qat-qat yuxarı qiymətə təklif olunur. Orada ev alan adam da təsadüfi olmur. Əksər hallarda tanınmış iş adamları, ictimai xadimlər, nüfuzlu şəxslər bu cür evlərin alıcısı olur. Onlar üçün bəzən ev ikinci dərəcəli məsələdir, çünki həmin ərazilərdə artıq sıradan evlər tikilmir, rəqabətli, keyfiyyətli və prestijli villalar tikilir”.

Ekspert əlavə edib ki, həmin evin ərsəyə gəlməsi üçün təxmini 1 milyon manat vəsait sərf olunub:

“Bazar dəyərinə baxsaq, bu tip evlər 2.5-3 milyon civarında təklif olunur və rahatlıqla satıla bilir. Amma dediyim kimi, nüfuz və prestij faktoru qiyməti yüksəldir. Ora gələn müştəri artıq bu qiymətləri gözləyir və çox vaxt tikinti dəyərinə yox, yerləşməyə və əraziyə pul verir”.

Zaira Akifqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Sentyabr 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri