Icma.az
close
up
RU
Aliment Fondu problemi necə həll edəcək?

Aliment Fondu problemi necə həll edəcək?

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Akif Nəsirli: “Borclu şəxslərin gəliri gizlədilirsə və ya rəsmi iş yeri yoxdursa, dövlətin həmin vəsaiti geri qaytarması çətinləşə bilər”Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına görə, ötən il 4 299 nəfər aliment ödəməkdən yayınıb. Bizimyol.info xəbər verir ki onlardan 2 344 nəfər inzibati qaydada həbs edilib, 235 nəfərlə bağlı cinayət işi başlanılıb. Məhkəmə qərarı olsa da, aliment verilməsi reallaşmır və uşağın yükü bir valideynin üzərinə düşür. Buna görə aliment fondunun yaradılması məsələsi gündəmə gəlir.

Mütəxəssislər bildirir ki, aliment ödəməyən şəxslər ya rəsmi gəliri olmayan, ya da məsuliyyətdən yayınan şəxslərdir. Bu isə alimentin icra prosesini çətinləşdirir. Məhz bu səbəbdən yenidən aliment fondunun yaradılması məsələsi gündəmə gəlib. Təklif olunan model belədir ki, dövlət alimenti özü ödəyir, sonra həmin vəsaiti borclu şəxsdən geri alır.

Aliment fondunun yaradılması nə dərəcədə real görünür? Bu vəziyyətdən sui-istifadə oluna bilərmi?

Bu barədə Bizimyol.info xəbər portalına danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, əsas məqsəd uşağın maddi təminatının gecikmədən qorunmasıdır: “Aliment fondunun yaradılması real və tətbiq oluna bilən mexanizm hesab olunur. Bir sıra ölkələrdə buna bənzər sistemlər fəaliyyət göstərir və əsas məqsəd uşağın maddi təminatının gecikmədən qorunmasıdır. Çünki aliment ödənilmədikdə ən böyük zərəri uşaqlar və onları tək böyüdən valideyn çəkir. Dövlətin əvvəlcədən bu ödənişi etməsi sosial müdafiə baxımından müəyyən rahatlıq yarada bilər. Daha sonra isə həmin vəsait müxtəlif hüquqi mexanizmlərlə aliment borclusundan geri tələb oluna bilər. Bu model həm uşağın hüquqlarının qorunmasına, həm də icra prosesinin daha effektiv olmasına kömək edə bilər.

Ancaq fondun yaradılması ilə bağlı əsas çətinlik maliyyə yükü və icra mexanizmlərinin düzgün qurulmasıdır. Əgər borclu şəxslərin gəliri gizlədilirsə və ya rəsmi iş yeri yoxdursa, dövlətin həmin vəsaiti geri qaytarması çətinləşə bilər. Bu isə büdcə üzərində əlavə yük yarada bilər. Ona görə də belə fond yaradılarsa, paralel şəkildə gəlirlərin izlənməsi, əmək münasibətlərinin leqallaşdırılması və icra sisteminin gücləndirilməsi vacib olacaq”.

Akif Nəsirli əlavə edib: “Bu vəziyyətdən sui-istifadə ehtimalı da var. Bəzi hallarda insanlar gəlirlərini gizlədə, rəsmi işləməməyə çalışa və ya məsuliyyətdən yayınmaq üçün müxtəlif yollar axtara bilərlər. Həmçinin saxta məlumat təqdim edilməsi və ya aliment məsələlərinin süni şəkildə uzadılması kimi risklər də mümkündür. Buna görə fondun fəaliyyəti ciddi nəzarət mexanizmləri, şəffaf yoxlama sistemi və hüquqi məsuliyyət tədbirləri ilə müşayiət olunmalıdır. Əks halda sistem həm maliyyə baxımından çətinlik yarada, həm də ədalətli işləməyə bilər”.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 22 May 2026 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see788

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see749

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see745

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see542

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see531

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see497

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see399

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see381

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see369

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see363

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see339

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see335

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

07 Oktyabr 2026 17:54see290

Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

07 Oktyabr 2026 17:46see287

Onun Azərbaycanla əlaqəsi yoxdur Alman kəşfiyyatı

07 Oktyabr 2026 18:13see261

Azərbaycan Kuboku: 2 oyuna 18 qol

07 Oktyabr 2026 18:11see260

Arteta Arsenal la müqaviləsini uzatdı maaşı da bəlli oldu

07 Oktyabr 2026 18:14see259

Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar tədbir keçirilib

07 Oktyabr 2026 18:16see252

Azərbaycan əsgəri cəzasının bir hissəsini Ermənistanda çəkəcək Paşinyan

07 Oktyabr 2026 18:23see223

Portnikov: Ukrayna əsgərləri və dronları müharibədə qalib gələcək...

07 Oktyabr 2026 18:12see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri