Aliment pulu artırılır Nə dəyişəcək...
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
2027-ci il yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləği 260 manatdan 274 manata qaldırılıcaq. 2027-cı il üçün yaşayış minimumu haqqında” qanun layihəsində uşaqlar üçün yaşayış minimumu 274 manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, alimentin sabit pul məbləği uşaqlar üçün yaşayış minimumuna uyğun olaraq hesablanır. Amma bu məbləğ də qənaətbəxş hesab olunmur. Çünki gündəlik xərcləri, ehtiyacları, valideyn himayəsində olan uşağ(lar)ın istəklərini nəzərə alsaq, alimentin artımı yenə də heç nəyi dəyişmir.
Təbii ki, burada aliment ödəyən tərəfin gəlirləri, alan tərəfin də ehtiyacları vacib məsələdir. Əslində, hər iki tərəf çətin vəziyyətlə üzləşir. Çünki ödəyənin də imkanı azdır, alanın da ehtiyacı çoxdur. O baxımdan dövlət aliment məsələsində daha hansı imtiyazlar, güzəştlər tətbiq edə bilər? Ən azından boşanmış ailələrdə uşaqpulu verilməsi mümkün deyilmi?
Xatırladaq ki, bu ilin son hesabatında boşananlar ailə quranları sayca üstələyib.
Mövzu ilə bağlı sosioloq Mail Yaqub Musavat.com-a danışıb. Sosioloq hesab edir ki, alimentin artırılması qərarının arxasında boşanmaların qarşısını almaq məqsədi dayanır. Onun fikrincə, dövlət bu yolla boşanma ehtimalını hüquqi və maliyyə mexanizmləri vasitəsilə azaltmağa çalışır:
"İlk növbədə, alimentin artırılması qərarının arxasında boşanmaların qarşısını almaq məqsədinin dayandığını düşünürəm. Yəni dövlət bu yolla boşanma ehtimalını hüquqi və maliyyə mexanizmləri vasitəsilə azaltmağa çalışır. Kişi boşanmaq qərarı verərkən düşünməlidir ki, ailəsini dağıdacağı təqdirdə müəyyən məbləğdə aliment ödəməli olacaq. Bu öhdəliyin onun üçün ciddi maliyyə yükünə çevriləcəyini nəzərə alaraq, bəlkə də, boşanmaq qərarından çəkinəcək. Mən məsələyə bu prizmadan yanaşıram.
Lakin məsələnin digər tərəfi də var. Elə ailələr mövcuddur ki, boşanmanın səbəbkarı kişi olmur. Şəxsən şahidi olduğum hallar var ki, qadın heç bir ciddi və tutarlı səbəb olmadan boşanmaq istədiyini bildirir. Belə vəziyyətlərdə alimentin artırılması məsələsi daha mürəkkəb xarakter alır və kişinin üzərinə əlavə maliyyə yükü qoyur.
Bu məqam mütləq nəzərə alınmalıdır. Biz alimentin məbləğini artırmaqla, bir tərəfdən, ailəsini səbəbsiz yerə tərk etmək istəyən kişilər üçün müəyyən çəkindirici mexanizm yaratmağa çalışırıq. Ancaq digər tərəfdən, ailənin dağılmasında qadının da haqsız olduğu hallar var. Belə vəziyyətdə alimentin artırılması haqsız tərəfin deyil, əksinə, onun maraqlarının təmin olunmasına xidmət edə bilər".
Sosioloq hesab edir ki, alimentin artırılması özlüyündə boşanmaların sayını azaltmağa kifayət etməyəcək:
"Çünki əsas problem olduğu kimi qalır. Əgər məqsədimiz Azərbaycanda boşanmaların qarşısını almaqdırsa, yalnız aliment məbləğini artırmaqla buna nail olmaq mümkün deyil. Məsələyə daha geniş yanaşmaq və boşanmaların kökündə dayanan səbəbləri aradan qaldırmaq lazımdır.
Uşaq pulu məsələsinə gəlincə, hesab edirəm ki, bu ödəniş yalnız boşanmış ailələrə deyil, ümumiyyətlə, bütün ailələrə şamil edilməlidir. Çünki Azərbaycanda əhalinin artım tempi azalmağa başlayıb. Uşaq pulunun verilməsi ailələrdə uşaq dünyaya gətirmək üçün müəyyən stimul yarada bilər. Mövcud tendensiya davam edərsə, gələcəkdə əhalimizin sayının azalması ilə üzləşə bilərik. Düşünürəm ki, bu məsələ də ciddi şəkildə müzakirə olunmalı və dövlət səviyyəsində nəzərdən keçirilməlidir".
Baxış sayı:111
Bu xəbər 02 Noyabr 2026 15:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















