Icma.az
close
up
RU
Aliment verməkdən imtina edən kişi 4 cü dəfə həbs olundu

Aliment verməkdən imtina edən kişi 4 cü dəfə həbs olundu

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Sabirabad rayonunda aliment borcunu qərəzli şəkildə ödəməyən şəxs növbəti dəfə həbs olunub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, rayonun Çöl Beşdəli kəndində yaşayan 1984-cü il təvəllüdlü Əhməd Ələmov (ad və soyadlar şərtidir) bu dəfə 1 il 6 ay müddətinə həbs cəzasına məhkum edilib.

Araşdırmalar zamanı məlum olub ki, Əhməd 2008-ci ildə Zülfiyyə adlı qadınla ailə həyatı qurub. Onların 2 övladı dünyaya gəlib. Lakin sonradan boşanıblar.

Qadın aliment tələbi ilə məhkəməyə müraciət edib və geridə qalan müddət üçün 9668 manat alimen borcu toplanıb. Lakin Əhməd ilk aydan aliment ödəməkdən imtina edib.

Bu səbəbdən 2021-ci ildə onun barəsində Cinayət Məcəlləsinin 306-cı (Məhkəmə qərarının qəsdən icra edilməməsi) maddəsi ilə iş açılıb. O, 1 il həbsə məhkum edilib və 2022-ci ildə azadlığa çıxıb.

Bundan sonra icra məmuru Əhmədə aliment borcunu ödəməsi ilə bağlı dəfələrlə xəbərdarlıq etsə də, o, yenə pul ödəmək istəməyib. Nəticədə, İnzibati Xətalar Məcəlləsinin 528-ci (Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi) maddəsinə əsasən əvvəlcə 10 gün, daha sonra isə 15 gün müddətinə həbs edilib.

Bütün bunlara baxmayaraq, Əhməd aliment ödəməkdən qərəzli şəkildə imtina etməyə davam edib.

Bu səbəbdən ona növbəti dəfə 306-cı maddə üzrə cinayət işi açılıb. İş baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmədə Əhməd borcundan 4 min manat ödəmək qabiliyyətində olduğunu deyib. Lakin onun keçmiş xanımı borc kimi toplanan bütün məbləği ödəməsini tələb edib.

Məhkəmənin budəfəki hökmü ilə Əhməd 1 il 6 ay müddətinə həbsə məhkum edilib.

Aslan Vəliyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 30 Sentyabr 2026 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri