Icma.az
close
up
RU
Alimlər 4 günlük iş həftəsi ilə bağlı heyrətamiz kəşf etdi

Alimlər 4 günlük iş həftəsi ilə bağlı heyrətamiz kəşf etdi

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Alimlərin apardığı ən genişmiqyaslı tədqiqat 4 günlük iş həftəsinin insanların sağlamlığına və ümumi rifahına əhəmiyyətli dərəcədə müsbət təsir göstərdiyini ortaya qoyub.

Qaynarinfo xəbər verir ki, Boston kolleci alimləri ABŞ, Böyük Britaniya, Avstraliya, Kanada, İrlandiya və Yeni Zelandiyada fəaliyyət göstərən 141 şirkətdə dörd əsas göstəricini – peşə yanması, işdən məmnunluq, fiziki və psixoloji sağlamlığı izləyiblər.

"Biz işçilərin rifahında ciddi yaxşılaşma qeydə aldıq. Şirkətlər həmçinin məhsuldarlıq və gəlirlərin artdığını bildirdi”, deyə tədqiqatın aparıcı müəllifi Ven Fan BBC-yə açıqlamasında bildirib.

Amma alimlər qeyd edirlər ki, işçilərin sağlamlığına açıq faydalarına baxmayaraq, bir çox ölkədə uzun iş günü hələ də normal və qürur mənbəyi hesab olunur. Məsələn, Hindistanda işçilər qlobal tələbi qarşılamaq üçün tez-tez normadan artıq işləyirlər. Çində, Hindistanda, ABŞ-da və Böyük Britaniyada uzun iş saatları ənənəvi olaraq nüfuz göstəricisi kimi qəbul edilir. Yaponiyada isə ödənişsiz əlavə iş o qədər geniş yayılıb ki, bu səbəbdən hətta "karosi” (işdən həddindən artıq ölmək) termini yaranıb.

Bununla belə, Fan hesab edir ki, aparılan tədqiqatlar artıq münasibətləri dəyişməyə başlayır. Bu il Tokioda dövlət qulluqçuları üçün 4 günlük iş həftəsi üzrə pilot layihəyə start verilib. Dubayda yay ayları üçün oxşar təşəbbüs həyata keçirilir. Oktyabrdan etibarən isə 67 Cənubi Koreya şirkəti 4,5 günlük iş həftəsi ilə təcrübə aparacaq.

Mütəxəssislər bildirirlər ki, geniş yayılmış fikrin əksinə olaraq, qısaldılmış iş həftəsi məhsuldarlığın azalmasına deyil, əksinə artmasına səbəb ola bilər. Ven Fanın tədqiqatında da nəticələr göstərib ki, məhsuldarlıq qorunub, çünki şirkətlər lazımsız işləri ixtisar ediblər. Məsələn, uzun iclasların yerini telefon zəngləri və yazışmalar tutub.

Dörd günlük iş həftəsinin faydasını şəxsi təcrübəsində hiss edənlər də var. Keyptaun şəhərində Stel­lenbos universitetinin məsləhət mərkəzinin direktoru Çarla Devids bildirib ki, komandası tələbələrə psixoloji dəstək göstərərkən tükənmə həddinə çatmışdı. Yeni iş qrafiki tətbiq edildikdən sonra əməkdaşların yuxusu yaxşılaşıb, fiziki aktivlikləri artıb və hobbilərinə vaxt ayıra biliblər. Bu dəyişikliklər onların iş keyfiyyətinə də müsbət təsir göstərib.

Bununla belə, Fan qeyd edir ki, 4 günlük iş həftəsi hər ölkə və hər sahə üçün universal həll ola bilməz. Burada ölkənin iqtisadi quruluşu və inkişaf mərhələsi mühüm rol oynayır.

Tədqiqat həmçinin göstərib ki, gənc nəsil daha çox şəxsi həyat və iş balansına önəm verir. Onlar daha az maaş almağa, amma daha az işləməyə hazırdırlar. İlk dəfə olaraq qlobal sorğularda iş–həyat balansı maaşdan daha yüksək prioritet kimi qiymətləndirilib.

"Gənc nəsil arasında artan müqaviməti müşahidə edirik. Onların işin məqsədi və həyatdan nə istədikləri barədə tamamilə fərqli baxışları var”, deyə Ven Fan vurğulayıb.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 Avqust 2025 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri