Icma.az
close
up
RU
Alimlər açıqladı: Ən xoşbəxt olduğunuz gün və saat belədir

Alimlər açıqladı: Ən xoşbəxt olduğunuz gün və saat belədir

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

İngiltərədə aparılan hərtərəfli araşdırmaya görə, insanların ən yaxşı əhval-ruhiyyədə olduğu vaxt kimi səhər saatları önə çıxır. London Universitet Kolleci (UCL) tərəfindən aparılan araşdırma, fərdlərin səhərlər özlərini daha xoşbəxt hiss etdiklərini, lakin gecə yarısına doğru onların əhval-ruhiyyəsinin mənfiyə doğru dəyişdiyini müəyyən edib.

Sherg.az xəbər verir ki, 2020-ci ilin martından 2022-ci ilin martına qədər həyata keçirilən UCL Covid-19 Sosial Tədqiqatının bir hissəsi olaraq, 49,218 böyükləri əhatə edən bir milyona yaxın sorğu cavabı təhlil edilib. Araşdırma fərdlərin səhər saatlarında daha optimist olduqlarını və gecə yarısı yaxınlaşdıqca əhvallarının əhəmiyyətli dərəcədə aşağı düşdüyünü müəyyən edib.

Mütəxəssislər, iş günləri və fəsillərin də xoşbəxtlik səviyyəsinə təsir etdiyini qeyd ediblər. Belə ki, çərşənbə axşamı və yay ayları insanların özlərini ən yaxşı hiss etdiyi dövrlər sırasındadır. Digər tərəfdən, əhval-ruhiyyənin dəyişməsi həftə sonları daha çox olub, iş günlərində isə daha sabit əhval-ruhiyyə müşahidə olunub.

Araşdırmada depressiya və narahatlıq əlamətləri, xoşbəxtlik, həyatdan məmnunluq, həyatın mənası hissi və təklik kimi faktorlar araşdırılıb. İştirakçılara “Keçən həftə özünüzü necə, xoşbəxt hiss etdiniz?”, “Həyatınızdan nə dərəcədə razısınız?” kimi suallar verilib. Eyni zamanda "Həyatınızda etdiyiniz şeylərin nə qədər dəyərli olduğunu düşünürsünüz?" kimi suallar da verilib.


Nəticələr bazar ertəsi və cümə günlərinin xoşbəxtlik səviyyəsinin bazar günlərinə nisbətən daha yüksək olduğunu, xüsusilə çərşənbə axşamının ən xoşbəxt günlər arasında olduğunu ortaya qoyub. Ancaq tənhalıq hissinin həftənin günlərinə uyğun olaraq heç bir ciddi dəyişiklik göstərmədiyi müəyyən edilib.

Alimlər bildirirlər ki, gün ərzində əhval-ruhiyyənin dəyişməsi bədən saatı ilə bağlı fizioloji faktorlarla bağlı olur. Məsələn, əhval-ruhiyyəni, motivasiyanı və qorxunu tənzimləyən kortizol hormonu yuxudan oyandıqdan qısa müddət sonra ən yüksək səviyyəyə çatır və gün irəlilədikcə azalır, gecə isə ən aşağı səviyyəyə çatır.

Həftə içi və həftə sonları arasındakı fərqlər gündəlik iş rejiminin dəyişməsi ilə bağlı olur. Həftə ərzində daha nizamlı bir həyat sürsək də, həftə sonları vərdişləri dəyişmək əhvalımıza təsir edə bilər.


UCL  Davranış Elmləri və Sağlamlıq Departamentindən Dr Feifei bu, araşdırmanın əhəmiyyətli nəticələri olduğunu söyləyərək qeyd edir: "Kəşfmiz  göstərir ki, psixi sağlamlıq və rifah səhər saatlarında daha yaxşı olur və gecə yarısına doğru daha da pisləşir. Buna görə də ruh sağlamlığına dəstək xidmətləri gün ərzində dəyişən ehtiyaclara uyğun olaraq öz qaynaqlarını tənzimləyə bilir. Xüsusilə gecə gec saatlarda daha çox əlçatanlıq təmin edilə bilər."

Bu araşdırma fərdlərə gündəlik əhval-ruhiyyələri ilə bağlı daha şüurlu davranmağa və psixi sağlamlıq xidmətləri üçün vacib ipuçları verir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 Fevral 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see556

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see480

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see437

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see303

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see299

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see295

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see288

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see283

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see276

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see266

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see252

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see244

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see235

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see223

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see220

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see197

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see189

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see184

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see181

Mətanət A işçilərin maaşının bir hissəsini depozit saxlayırmış

01 Noyabr 2026 11:14see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri