Icma.az
close
up
RU
Alimlər Bennu asteroidinin 2182 ci ildə Yerlə toqquşma ehtimalını qiymətləndiriblər

Alimlər Bennu asteroidinin 2182 ci ildə Yerlə toqquşma ehtimalını qiymətləndiriblər

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 7 fevral, AZƏRTAC

Bennu adlanan qaya göy cismi Yerə yaxın asteroid kimi təsnif edilir və hazırda hər altı ildən bir planetimizə ən yaxın məsafədə olur, ona təxminən 299.000 kilometr yaxınlaşır. Alimlər 2182-ci ilin sentyabrında onun Yerlə toqquşma ehtimalını 2700-də bir hesab edirlər.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, astronomlar Bennunun planetimizlə toqquşmasının fəsadlarını müəyyən etməyə çalışırlar. Belə ki, diametri təxminən 500 metr olan bir asteroidin təsirinin kompüter simulyasiyalarına əsaslanan yekun araşdırmasına görə, bu, ciddi dağıntılara səbəb olardı. Bundan başqa, belə bir təsirin atmosferə 100-400 milyon ton toz vuracağı və bunun iqlim, atmosfer kimyası və qlobal fotosintez prosesində 3-4 il davam edən pozulmalara səbəb olacağı təxmin edilir.

Cənubi Koreyanın Pusan Milli Universitetindəki İBS İqlim Fizikası Mərkəzində (ICCP) aparılan tədqiqatın nəticələri “Science Advances” jurnalında dərc olunub. Onun aparıcı müəllifi Lan Dai deyib: “Toz səbəbindən Günəşin qaralması onun işığının azalması, soyuq temperatur və səthdə yağıntıların minimuma enməsi ilə xarakterizə olunan kəskin qlobal qışa səbəb olacaq”.

Ən pis ssenaridə tədqiqatçılar müəyyən ediblər ki, Yer səthinin orta temperaturu təqribən 4 dərəcə Selsi aşağı düşəcək, orta yağıntı miqdarı 15 faiz azalacaq, bitkilərin fotosintezində 20-30 faizə qədər və planeti ultraradiasiyadan qoruyan ozon qatında 32 faiz azalma olacaq.

Tədqiqatçıların fikrincə, Bennu ölçülü bir obyektin Yer səthinə təsiri güclü şok dalğası, zəlzələlər, meşə yanğınları və termal radiasiya yaradacaq, boş bir krater buraxacaq və böyük miqdarda dağıntılara səbəb olacaq.

Lan Dai və tədqiqatın daha bir müəllifi, iqlim fizikası və ICCP direktoru Axel Timmermanna görə, böyük miqdarda aerozollar və qazlar atmosferin yuxarı təbəqələrinə çataraq iqlim və ekosistemlərə illər boyu təsir göstərəcək. Əlverişsiz iqlim şəraitinin quruda və okeanda bitkilərin böyüməsinə mane olacağı da bildirilir.

Bəşəriyyət üçün təsəlliverici amil Bennu asteroidin Yerlə toqquşma ehtimalının çox az olmasıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:287
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Fevral 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri