Məşhur uşaq südü ilə bağlı qalmaqal Laboratoriyadan şok nəticə
Icma.az, Milli.az saytına istinadən bildirir.
Uşaqlar üçün nəzərdə tutulan populyar süd məhsulunun körpələr üçün potensial təhlükəli olduğu üzə çıxıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, "Baza" Telegram kanalının məlumatına görə, söhbət tərkibində normadan artıq kalsium aşkar edilən "Aquşa" süd məhsulundan gedir. Bu isə böyrəklərdə daşların əmələ gəlməsinə səbəb ola bilər.
"Laboratoriya məhsulun qablaşdırmasında göstərilən 100 milliqram əvəzinə 222 milliqram kalsium aşkar edib. Bu miqdar icazə verilən normalar daxilində olsa da, Rospotrebnadzor məhsulun etiketindəki məlumatların anaları çaşdırdığını hesab edərək istehsalçıya xəbərdarlıq edib. Qayda pozuntusu ilə bağlı məhsullar Kurqan şəhərindəki "Lenta" mağazasında aşkarlanıb", - nəşr yazır.
Pediatr Anna Levandnaya jurnalistlərə bildirib ki, orqanizmdə kalsiumun həddindən artıq olması böyrəklərdə daş və duz kristallarının yaranmasına səbəb ola bilər. Onun sözlərinə görə, xüsusilə uşaq D vitamini qəbul edirsə və ya böyrək xəstəliklərindən əziyyət çəkirsə, bu məsələdə daha diqqətli olmaq lazımdır.
Qeyd edək ki, daha əvvəl arıqlama preparatlarının istehsalçıları bu dərmanların qəbulu nəticəsində yaranan ağır fəsadlara görə kütləvi şəkildə ittiham olunublar. Pasiyentlər mədə iflicindən əziyyət çəkdiklərini, bəzi dərman istifadəçiləri isə görmə qabiliyyətini itirdiklərini bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 21 Noyabr 2026 17:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















