Alimlər beyində davranışa təsir edən mexanizmi aşkarlayıblar
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 18 mart, AZƏRTAC
İsrail və ABŞ alimlərindən ibarət beynəlxalq tədqiqat qrupu beyinin əhvali-ruhiyyə və davranışa təsir edən kimyəvi mexanizmləri ilə bağlı mühüm kəşfə imza atıb.
AZƏRTAC İsrailin TPS-IL informasiya agentliyinə istinadla xəbər verir ki, alimlər beyindəki bəzi hüceyrələrin insanın həm davranışına, həm də əhvalına təsir edən maddələrin - dopamin və serotoninin ifrazını idarə etdiyini müəyyənləşdiriblər. Məlumata görə, bu hüceyrələrin həddindən artıq aktivliyi obsesif-kompulsiv pozuntu və depressiya kimi hallarda davranışların nəzarətdən çıxmasına səbəb ola bilər.
Qeyd edilir ki, bu kəşf gələcəkdə daha dəqiq və hədəflənmiş müalicə üsullarının hazırlanmasına imkan yarada bilər. Belə ki, yeni yanaşmalar mövcud dərmanlardan fərqli olaraq beyinin kimyəvi siqnallarını daha incə şəkildə tənzimləməyə yönələcək. Bundan əlavə, tədqiqatın nəticələri fərdiləşdirilmiş müalicə planlarının hazırlanmasına və terapiya üsullarının daha effektiv tətbiqinə şərait yarada bilər.
Araşdırmanın nəticələri nüfuzlu “Nature Communications” jurnalında dərc olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 18 Mart 2026 11:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















