Kerrikdən istefa suallarına cavab
Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Mançester Yunayted”in baş məşqçisi Maykl Kerrik komandanın uğursuz nəticələrindən sonra gələcəyi ilə bağlı sualları cavablandırıb.
QOL.az xəbər verir ki, mütəxəssis İngiltərə Premyer Liqasının 10-cu turunda “Aston Villa” ilə 4:4 hesablı heç-heçədən sonra “Sky Sports”a açıqlamasında istefa vermək ehtimalını istisna edib.
Jurnalistlərin özünün ayrılmasını mümkün hesab edib-etmədiyi barədə sualına Kerrik qısa cavab verib: “Bu baş verməyəcək”.
Kerrik komandanın indiyədək kifayət qədər qələbə qazana bilmədiyini etiraf etsə də, qarşıdakı oyunlarda vəziyyəti düzəldəcəklərinə inandığını bildirib:
“Biz kifayət qədər oyun qazana bilməmişik. Amma yolumuza davam edəcəyimizə, üzərində çalışdığımız məqamları təkmilləşdirəcəyimizə inanıram. Bugünkü oyunumuzda çox müsbət məqamlar var idi. Bəzi detalları düzəldib qələbələr qazanmağa başlayacağıq”.
Qeyd edək ki, “Mançester Yunayted” 10 turdan sonra turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb. Bu, komandanın son 40 ildə çempionatın ilk 10 turundan sonra göstərdiyi ən zəif nəticədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 09 Noyabr 2026 11:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















