BDYPİ sürücülərə xəbərdarlıq etdi: Bayram səfərlərində qəza riski artır
Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
Bayram günləri ilə əlaqədar avtomobillə səfərlərin artması bölgələrdə yol-nəqliyyat hadisələrinin sayına da təsir edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə müraciətində bildirilib.
Qeyd olunub ki, son günlər əsasən toqquşma, aşma və maneəyə çırpılma ilə nəticələnən qəzalar qeydə alınır.
BDYPİ-nin məlumatına görə, hadisələrin başlıca səbəbləri arasında sürücülərin getdikləri yollara bələd olmaması, mürəkkəb relyefli ərazilərdə kifayət qədər sürücülük təcrübəsinə malik olmaması, yorğun və yuxusuz halda sükan arxasına keçməsi, hava şəraitini və məhdud görünmə imkanlarını nəzərə almaması, eləcə də texniki cəhətdən nasaz avtomobillərdən istifadə etməsi yer alır.
Bildirilib ki, kirayə avtomobillərlə səfər edən şəxslərin nəqliyyat vasitəsinin texniki vəziyyətinə, həmçinin sürücü xidmətindən istifadə etdikdə həmin şəxsin peşəkarlıq səviyyəsinə diqqət yetirməməsi də ciddi fəsadlara səbəb ola bilər.
İdarə bayram günlərində bütün yol hərəkəti iştirakçılarını təhlükəsizlik qaydalarına və verilən tövsiyələrə əməl etməyə çağırıb.
Baxış sayı:90
Bu xəbər 09 Noyabr 2026 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















