Alimlər içməli sudakı mikroplastikləri təmizləməyin sadə və təsirli üsulunu tapıblar AZƏRTAC
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 4 dekabr, AZƏRTAC
Yeni araşdırmalar göstərir ki, içməli sudan mikroplastikləri çıxarmaq üçün sadə və effektiv bir metod tapılıb. Çinin Quançjou Tibb Universiteti və Jinan Universitetinin alimləri, bu metodu mətbəxlərdə tez-tez tapılan inqrediyentlərlə tətbiq etməyin mümkün olduğunu müəyyən ediblər.
AZƏRTAC “euronews.com” saytına istinadla xəbər verir ki, mikroplastiklərin insan orqanizminə, xüsusilə qida və içkilər vasitəsilə daxil olması narahatlığa səbəb olduğundan tədqiqatçılar içməli sudan bu zərərli hissəcikləri təmizləmək üçün sadə üsul hazırlayıblar. Təcrübələr zamanı suya nanoplastiklər və mikroplastiklər əlavə edilərək qaynadılıb. Qaynama prosesindən sonra çöküntülər süzülərək sudan çıxarılıb. Bu prosesin nəticəsində, mikroplastiklərin 90 faizə qədərini sudan effektiv şəkildə çıxarmaq mümkün olub.
Alimlər, bu metodun effektivliyinin suyun növünə görə dəyişə biləcəyini də qeyd ediblər. Məsələn, cod kran suyu nümunələrində mikroplastiklərin daha yüksək faizini çıxarmaq mümkün olub. Bu, suyun tərkibindəki kalsium karbonatın yüksək temperaturda yığılması nəticəsində yaranır. Kalsium karbonat, çaydanın içindəki təbaşirli maddələrdən biri olaraq, plastik hissəciklərinin səthində birləşərək onların sudan ayrılmasına səbəb olur. Tədqiqatçılar, bu tapıntıların qlobal su təmizləyici sistemlərində mikroplastiklərin aradan qaldırılması üçün yeni yanaşmaların inkişafına töhfə verə biləcəyini vurğulayıblar. Onların fikrincə, bu metodun sadəliyi və evdə asanlıqla tətbiq oluna bilməsi, mikroplastik çirklənmə ilə mübarizəni daha əlçatan və təsirli edir.
Araşdırma “Environmental Science & Technology” jurnalında nəşr olunub və qlobal narahatlığa səbəb olan nano/mikroplastiklərin sudan təmizlənməsi ilə bağlı yeni perspektiv təqdim edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 04 Dekabr 2024 06:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















