Icma.az
close
up
RU
Alimlər Qanq çayında misilsiz quruma müşahidə edildiyini bildiriblər

Alimlər Qanq çayında misilsiz quruma müşahidə edildiyini bildiriblər

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 25 sentyabr, AZƏRTAC

Qanq çayı son 1300 ilin ən ciddi quruma dövrünü yaşayır. Hindistanın Qandhinagar Texnologiya İnstitutunun (IIT Gandhinagar) və Arizona Universitetinin tədqiqatçıları belə bir nəticəyə gəliblər. Onların araşdırması “Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunub.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, alimlər çayın əsrlər boyu axın dinamikasını qiymətləndirmək üçün Qanqın eramızın VII əsrindən 2012-ci ilə qədər olan su rejimini yenidən qurublar. Bunun üçün onlar “Monsoon Asia Drought Atlas” məlumat bazasındakı ağacların illərə görə analizindən yararlanıb, nəticələri müasir hidroloji müşahidələrlə birləşdirərək kompüter modelləşdirilməsindən istifadə ediblər.

Tədqiqat göstərib ki, 1991–2020-ci illər arasında su sərfiyyatının azalması XVI əsrdə qeydə alınan ən ağır quraqlıqdan 76 faiz güclü olub. Üstəlik, quraqlıqlar daha tez-tez baş verir və nisbətən uzun sürür. Alimlərin sözlərinə görə, bu, müvəqqəti anomaliya deyil, hidroloji rejimin uzunmüddətli dəyişməsidir.

Müasir dəyişikliklərin başlıca səbəbi kimi antropogen amil göstərilir. İqlim dəyişikliyi ilə əlaqədar Hind okeanının su səthinin temperaturunun yüksəlməsi, eləcə də sənaye, nəqliyyat və elektrik stansiyalarından yayılan aerozolla atmosferin çirklənməsi musson yağıntılarına ciddi təsir göstərir. Alimlər qeyd edirlər ki, belə çirklənmələr yağıntıları zəiflədə bilər. Onların araşdırmasında vurğulanır: “Axırıncı quruma prosesi son minilliyin iqlim dəyişkənliyi xaricindədir və qlobal modellərin əksəriyyəti bunu qeydə ala bilmir”.

Qanq çayı hələ də içməli suyun, kənd təsərrüfatı sahələrinin suvarılmasının, sənaye təchizatının və ekosistem funksiyalarının əsas mənbəyidir. Buna görə də tədqiqatçılar iki istiqamətdə tədbir görülməsini təklif edirlər. Birincisi hava çirklənməsi, iqlim dəyişikliyi və musson yağışlarının qarşılıqlı təsirini daha dəqiq nəzərə alan iqlim modellərinin təkmilləşdirilməsi, ikincisi isə mümkün su qıtlığının nəticələrini azaltmaq üçün adaptiv su ehtiyatlarının idarə olunması strategiyalarının tətbiqi.

Müşahidə olunan dəyişikliklər Qanq çayının və ona bitişik ərazilərin ekoloji sistemləri üçün yeni bir gərginlik mərhələsini göstərir. Quruma prosesinin sürətlənməsi və quraq dövrlərin uzanması xüsusən də çaydan asılı olan sıx məskunlaşmış bölgələrdə davamlı su istifadəsi üçün ciddi problemlər yaradır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Sentyabr 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri