Alimlər yeməli yosunlarda dərinin qocalması əleyhinə vasitə TAPDILAR
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Yaponiya alimləri “Aphanothece sacrum” siyanobakteriyaların (fotosintetik bakteriyalar-red) dərini qoruyan və qocalmasını yubadan birləşmələri sintez edə biləcəyini aşkarlayıblar.
Redaktor.az xəbər verir ki, tədqiqat “ACS Agricultural Science & Technology” (ACS AST) elmi jurnalında dərc edilib.
Bu maddələr günəşin ultrabənövşəyi radiasiyasını udmaq qabiliyyətinə malikdir. Tədqiqatçılar saklipinlərin xüsusiyyətlərini qiymətləndirmək üçün siyanobakteriya nümunələrini qurudaraq əziblər. Birləşmələrin insan dərisinin fibroblastlarında kollagen və hialuron turşusu istehsalına qadir olduğu ortaya çıxıb. Mütəxəssislərin fikrincə, kəşf “Aphanothece sacrum”un qocalma əleyhinə kosmetika istehsalı üçün ucuz xammal mənbəyi üçün sənaye yetişdirilməsinə kömək edə bilər.
Baxış sayı:87
Bu xəbər 24 Noyabr 2024 09:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















