Icma.az
close
up
RU
Alimlər Yer mantiyasında gözlənilməz deformasiya aşkar etdi

Alimlər Yer mantiyasında gözlənilməz deformasiya aşkar etdi

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yer mantiyasının dərinliklərində alimlər ən geniş yayılmış minerallardan birində gözlənilməz xüsusiyyətlər aşkar ediblər. Əvvəllər nadir hesab olunan kiçik qüsurların əslində planetimizin daxili qatlarında baş verən hərəkətlərdə daha böyük rol oynaya biləcəyi müəyyən edilib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Galaxy" nəşri yazır.

Qeyd olunur ki, Yer kürəsinin yuxarı mantiyasında əsasən olivin minerali üstünlük təşkil edir. Bu mineral onilliklərdir öyrənilsə də, alimlər onun ekstremal şəraitdə davranışı ilə bağlı yeni detalları aşkar etməyə davam edir.

İndiyədək hesab olunurdu ki, olivin əsasən "a” və "c” adlanan iki istiqamətdə deformasiya olunur. Üçüncü istiqamət – "b” isə çox nadir sayıldığı üçün demək olar ki, nəzərə alınmırdı.

Yeni araşdırmaya görə, analiz edilən kristalların təxminən 17 faizində məhz "b” istiqaməti ilə bağlı deformasiya əlamətləri müşahidə edilib. Bu isə əvvəllər nəzərdən qaçırılmış mühüm bir mexanizmin mövcudluğunu göstərir.

Liverpul Universitetinin geoloqu Con Uiler bildirib ki, bu cür dislokasiyalar əvvəl düşünüləndən daha geniş yayılmış ola bilər və bu, Yer mantiyasının necə deformasiya olunduğunu daha yaxşı anlamağa kömək edir. Onun sözlərinə görə, bu prosesə təzyiq, temperatur və gərginlik səviyyələri təsir göstərir. "b” dislokasiyalarının ölçülməsi alimlərə deformasiyanın hansı dərinlikdə və hansı şəraitdə baş verdiyini müəyyən etməyə imkan verə bilər.

Bu qüsurları aşkar etmək üçün tədqiqatçılar əvvəlcə elektronların geri səpilməsi difraksiyası metodundan istifadə edərək kristalların strukturundakı incə dəyişiklikləri müəyyənləşdiriblər. Daha sonra isə daha detallı analiz üçün transmissiya elektron mikroskopiyasına müraciət edilib. Bu üsul ilkin nəticələri təsdiqləyərək, ehtimal olunan sahələrdə həqiqətən də "b” tipli dislokasiyaların mövcud olduğunu göstərib.

Alimlərin fikrincə, bu kəşf Yer səthinin altında baş verən prosesləri daha dərindən anlamağa mühüm töhfə verə bilər.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 31 Mart 2026 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see365

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see281

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see269

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see257

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see255

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see240

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see238

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see232

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see232

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see226

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see221

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see221

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see218

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see204

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see205

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see203

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see203

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see198

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see191

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri