Alimlərdən gözlənilməz açıqlama: Aeroportlardakı siqnallar Yerə yadplanetliləri cəlb edə bilər
Icma.az, Oxu.az saytına istinadən bildirir.
"Yer kürəsindəki hava limanlarının və hərbi radarların yaydığı radiosiqnallar 200 işıq ili məsafədən belə aşkarlana bilər. Bu siqnallar texnoloji cəhətdən inkişaf etmiş yadplanetli sivilizasiyalar üçün ağıllı həyatın göstəricisi ola bilər".
Oxu.Az-ın "Space"ə istinadən verdiyi məlumata görə, bu barədə Mançester Universitetinin alimləri apardıqları araşdırmadan sonra elan ediblər.
Belə siqnalların mənbələri arasında Çikaqoda Ohara, Nyu-Yorkda Kennedi və Londonda Hitrou kimi iri hava limanlarının radar sistemləri göstərilir.
Xüsusilə hərbi radarların siqnalları daha güclüdür və ağıllı həyatın mövcudluğuna dair daha aydın sübut rolunu oynayır.
Alimlər hesab edirlər ki, əgər Yer bu cür siqnallar yayırsa, bənzər siqnallar digər planetlərdən də gələ bilər və biz onları aşkarlaya bilərik.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 10 İyul 2025 02:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















