Icma.az
close
up
RU
Alimlərdən sensasiyalı xəbərdarlıq: həyatınızla RİSK ETMƏYİN

Alimlərdən sensasiyalı xəbərdarlıq: həyatınızla RİSK ETMƏYİN

Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.

"Lütfən, həyatınızla risk etməyin, yemək hazırlayarkən bitki yağlarından istifadə etməyin!"

Britaniyanın iki populyar tibbi eksperti Hippocratic Post-da dərc etdikləri sensasiyalı məqalədə belə yazıb. Məşhur kardioloq və çoxsaylı elmi işlərin müəllifi, habelə sağlam qidalanma hərəkatının liderlərindən biri Asim Malhotra və Britaniyanın ən populyar elmi jurnalistlərindən biri, "5:2" pəhrizinin müəllifi Maykl Mouslinin fikrincə, bitki yağları insan orqanizmi üçün həddən ziyadə təhlükəlidir.

Asim Malhotra yazır: "Londondakı sevimli hind restoranına gedəndə həmişə ofisiantdan xahiş edirəm ki, mənimüçn karri hazırlayanda bitki yağından yox, əridilmiş "qhi" yağından, yəni kərə yağından istifadə etsinlər. Piylənmə və ürək sağlamlığı məsələləri ilə məşğul olan kardioloq təki bildirirəm ki, bitki yağlarının yüksək temperatura qədər qızdırılması nəticəsində yaranan zəhərli birləşmələrlə səhhətimi təhlükə altına ata bilmərəm. Əfsuslar olsun ki, Britaniyada və habələ Hindistan subqitəsindəki insanlar hələ də karrini bitki yağında hazırlayırlar".

Bitki yağları insan orqanizmində piylənməyə, ürək xəstəliklərinə, 2-ci tip şəkərli diabetə və xərçəngə səbəb olur. Araşdırmalar göstərir ki, günəbaxan, qarğıdalı, zeytun və s. təki bitki yağları qızdırılanda çox asanlıqla zəhərli aldehidlərə parçalanır. Belə aldehidlər isə insan orqanizmində xərçəng riskini artırır.

Son araşdırmalar göstərir ki, bitki yağında 20 dəqiqə qızardılan ətdə aldehidlərin miqdarı Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı maksimal normalardan 20 dəfə artıqdır.

Sağlam həyat tərzi keçirmək istəyən və bu səbəbdən də rasionuna bitki yağlarını əlavə edən insan aldanır, yanılır.

Bizə illərlə deyiblər ki, kərə yağı və ya heyvani yağlarla müqayisədə qarğıdalı, yaxud günəbaxan yağı daha xeyirlidir.

Amma alimlərin fikri indi dəyişib. Onlar deyirlər ki, süd məhsulları və kərə yağı əslində insan orqanizmini ürək xəstəliklərindən, habelə 2-ci tip diabetdən qoruyur.

Kərə yağı və yağlı süddən imtina edən yüz milyonlarla insan üçün bu, sensasiyalı xəbər sayıla bilər.

Doğrudur, təbii zeytun yağı ürəyə xeyirdir və qanda azad radikalları zəiflədən antioksidantlara malikdir. Amma bu yağ deyilənlərin tam əksinə olaraq qanda xolesterinin miqdarını aşağı salmır. Bu yaxınlarda BMJ-də dərc olunmuş hesabatda isə vurğulanır ki, bitki yağları və ya marqarinlə bol olan qidalar ürəyin durumunu yaxşılaşdırmır, əksinə, ölüm riskini artırır.

Doktor Asim Malhotra bütün pasientlərinə sənaye üsulu ilə hazırlanmış bitki yağlarından imtina edərək xörək bişirmək üçün kərə yağından istifadəni məsləhət bilir.

Maykl Mousli isə qızdırılan bitki yağlarının kimyəvi tərkibindəki dəyişiklikləri araşdırıb. Bitki yağlarında əsas dəyişiklilər tüstülənmə anında başlanır. Məhz bu səbəbdən alimlər təbii zeytun yağında qızartmadan imtina etməyi, bunun əvəzində heç olmasa rafinə edilmiş günəbaxan və ya qarğıdalı yağlarından yararlanmağı məsləhət bilirlər.

Lester şəhərindəki De Montfort Universitetinin bioanalitik kimya və kimyəvi patologiya kafedrasının professoru Martin Qrutveldin apardığı araşdırmalar nəticəsində bəlli olub ki, bütün bitki yağları arasında qismən təhlükəsizi təbii zeytun yağıdır. Hətta donuz piyinin əridilməsi  nəticəsində alınmış yağ və ya quyruq yağı belə, bitki yağlarının tam əksəriyyətindən daha az zərərlidir.

Bitki yağları qızdırılanda oksigenlə reaksiyaya girir, müxtəlif maddələr və qarışıqlar, o cümlədən azad radikal reaksiyalarda iştirak edən aldehidlər və lipid-peroksidlər yaradır. Aldehidlər isə insanda xərçəng, ürək xəstəlikləri və demensiya riskini dəfələrlə artırır.

Qarğıdalı və günəbaxan yağlarında xüsusilə yüksək miqdarda aldehidləri generasiya edən polizəngin yağ turşularını aşkarlayan Martin Qrutveld bildirir ki, məhz bu yağlarda hazırlanan yeməklər insan orqanizmi üçün xüsusilə təhlükəlidir.

Milli.az

.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 21:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri